Anar Həsən oğlu Səfərov () — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I, II, III və IV çağırış deputatı, Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.

Həyatı Anar Həsən oğlu Səfərov 1953-cü ildə Sədərək kəndində doğulmuşdur. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu, 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. O, ali təhsilini tamamladıqdan sonra Sədərək orta məktəbində müəllim olaraq çalışmışdır.

Siyasi fəaliyyəti Anar Səfərov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 44 nömrəli ikinci Sədərək seçki dairəsi üzrə deputat seçilmişdir. O, elə həmin il Naxçıvan Ali Məclisi sədrinin müavini seçilmişdir.

Anar Səfərov Naxçıvan Ali Məclisinə 12 noyabr 1995-ci ildə keçirilmiş seçkilərdə 2 saylı Sədərək, 5 noyabr 2000-ci ildə keçirilmiş seçkilərdə 2 saylı Qarağac dairəsindən, 2005-ci il və 2010-cu il tarixlərində keçirilmiş seçkilərdə isə 2 saylı Heydərabad dairəsindən deputat seçilmişdir.

Anar Səfərov 1996-cı il tarixindən 2000-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası dövlət əmlak nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

Anar Səfərov Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin IV çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin müavinləri