Qafar Yaqub oğlu Məmmədov () — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini.

Həyatı Qafar Yaqub oğlu Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Noraşen rayonunun Xok kəndində anadan olmuşdur. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər oğlan məktəbini bitirmişdir. Həmin il Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə qəbul olmuş, 1962-ci ildə həmin institutdan məzun olmuşdur. Qafar Məmmədov əmək fəaliyyətinə Naxçıvan stansiyasın 39 nömrəli orta məktəbində müəllim olaraq başlamışdır. O, 1970–1972-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 39 nömrəli orta məktəbdə yenidən müəllimlik fəaliyyətinə başlamışdır.

Siyasi fəaliyyəti Qafar Məmmədov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur.

Qafar Məmmədov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 19 nömrəli Naxçıvan şəhər Əliqulu Qəmküsar seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə Qafar Məmmədov Ali Məclis sədrinin müavini seçilmişdir.

Qafar Məmmədov 12 noyabr 1995-ci ildə Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilərdə 29 saylı Vağzal seçki dairəsindən deputat seçilmişdir.

İstinadlar

Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin müavinləri