Yevgeniya Miroşniçenko (; ) — Sovet və Ukrayna opera müğənnisi (koloratura soprano), müəllim. SSRİ xalq artisti (1965). Ukrayna Qəhrəmanı (2006), Ukrayna SSR Dövlət Mükafatı laureatı. T. Şevçenko (1972) və SSRİ Dövlət Mükafatı (1981) laureatı.
Bioqrafiya Yevgeniya Miroşniçenko 1931-ci il iyunun 12-də SSRİ-nin Ukrayna SSR Xarkov vilayətinin Çuqevski rayonunun Pervoy Sovetski kəndində anadan olub.
1943-cü ilin noyabrında Xarkov azad edildikdən sonra ataları ölmüş övladların arasında Xarkov 5 saylı İxtisaslaşdırılmış Qadın Peşə Məktəbinə radiotexnika montajçısı kimi daxil olur. Tezliklə o, artıq Moskvada həvəskar sənət şousunda Ukraynanı təmsil edən "Əmək ehtiyatları" ansamblında fəaliyyət göstərir. Sonra o, Kiyevdə, Moskvada, Böyük Teatrda və Kremldə hökumət üzvləri qarşısında konsertlərdə çıxış etməyə başlayır.
1951-ci ildə Xarkov Musiqi Texnikumunu (1968-ci ildən B. M. Lyatoşinski adına) bitirmişdir.
1957-ci ildə Kiyev Konservatoriyasını (indiki P. İ. Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyası) M. E. Donets-Tesseirin rəhbərliyi altında bitirmişdir. Təhsil aldığı müddətdə Kiyev "Əmək ehtiyatları" ansamblında çıxış etməyə davam edir.
1957-ci ildən T. Şevçenkon adına Kiyev Opera və Balet Teatrının solisti olur və burada 1994-cü ilə qədər işləyir.
1961-ci ildə o, İtaliyada La Skala Teatrında (Milan) məşhur müğənni və müəllim Elvira del Hidalqo ilə birlikdə təhsil alır.
O, həm də konsert müğənnisi kimi çıxış edir. Onun repertuarında rus və ukrayna bəstəkarlarının operalarından, romanslarından və mahnılarından ariyalar vardır.
SSRİ-nin və xaric ölkələrin bir çox şəhərlərində qostrol səfərlərində olur: Bolqarıstan, Polşa, Rumıniya, Yuqoslaviya, Kanada, ABŞ, Fransa, Yaponiya, Çin və s. Oxuduğu mahnılar radio və qrammofon plastinalarına yazılmışdır.
Yuxarı registrdə yüksək notlara sərbəst çatan yüngül və mobil səsi, voka lifa məharəti, temperamenti və canlılığı ilə seçilirdi.
1980-ci ildən Kiyev Konservatoriyasında dərs deyir (1990-cı ildən professor)Скончалась народная артистка СССР Евгения Мирошниченко РИА «Новости».
1996-cı ildən Ukrayna Dövlət Mükafatları Komitəsinin Rəyasət Heyətinin və T. Şevçenko adına Ukrayna Mədəniyyət Fondunun Qəyyumlar Şurasının üzvü olur.
2002-ci ildə onun adına Beynəlxalq Xeyriyyə Fondunu təsis olunur.
O, həyatının son beş ilini Kiyevdə Malaya Opera Teatrının yaradılmasına həsr edib.
Yevgeniya Miroşniçenko 27 aprel 2009-cu ildə Kiyevdə vəfat etmişdir.
O, Baykovo qəbiristanlığında dəfn edilib.
Ailə Ata — Semyon Alekseeviç (1899–1943).
Ana — Susanna Qriqoryevna (1903–2001).
Birinci əri hərbçi Yevgeni Qrafov.
İkinci əri həkim Qriqori Şkolnı.
Övladları — oğulları İqor Qriqoryeviç (1962) və Oleq Qriqoryeviç (1964).
Nəvələri — Yevgeniya İqorevna Şkolnaya (1985), Anton Oleqoviç Miroşniçenko (1986), Vyaçeslav İqoreviç Şkolnı (1987).
Üçüncü əri — Vladimir Beqma, rejissor.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları