Albert Ovannisyan (; ) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş kiçik çavuş. O, İkinci Qarabağ müharibəsində iştirak etmiş və döyüş əməliyyatları zamanı həlak olmuşdur.
Onun cəbhə xəttində döyüşərkən artilleriyadan atəş açdığı yerdə çəkilən fotoşəkli Ermənistan Müdafiə Nazirliyi tərəfindən paylaşılmış, bu fotoşəkil qısa zamanda dünyanın yüzlərlə media orqanının İkinci Qarabağ müharibəsini işıqlandırarkən istifadə etdiyi simvolik obraza çevrilmişdir. 2021-ci ildə o, ölümündən sonra Qondarma Dağlıq Qarabağ Respublikasının ən yüksək fəxri adı olan "Artsax Qəhrəmanı" hərbi mükafatına layiq görülmüşdür.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:İkinci Qarabağ müharibəsində Ermənistan tərəfdən həlak olanlar