Qay Helvidi Prisk (; ) — Roma imperiyasının siyasətçisi, 87-ci ildə konsul-suffekt.

Həyatı Qay Helvidi Prisk 55-ci ildə Romada, eyniadlı zadəganlar ailəsindən idi. O, stoaçı filosof və müxalifətçi Qay Helvidi Priskin oğlu olmuşdur. Yaxşı təhsil alan Prisk gəncliyində senator olmuşdur. O, 87-ci ildə Qay Bellisi Natal Tebanianla birlikdə konsul-suffekt təyin edilmişdir. Prisk sonradan siyasətdən əl çəkərək kənddə yaşamağa başlamışdır. O, hökuməti tənqid edən poetik bir kitabça tərtib etmiş və bu, imperator Domisianı qəzəbləndirmişdir. Helvidi 96-cı ildə həbs edilmiş və burada vəfat etmişdir.Christian Settipani, Continuité gentilice et continuité sénatoriale dans les familles sénatoriales romaines à l'époque impériale, 2000, pgs. 203, 223, 240

Yaradıcılığı Qay Helvidi Prisk mövzularını Roma və yunan miflərindən götürdüyü çoxsaylı faciələrin müəllifi olmuşdur. Eyni zamanda, onlarda gündəlik həyata dair mövzular da var idi. Bundan əlavə, Helvidinin yazılarında hökumət əleyhinə misralar mövcud idi. İndiyə qədər onun heç bir əsəri qalmamışdır, çünki onların hamısı imperator Domisianın əmri ilə məhv edilmişdir. Onların məzmunu tarixçilər, o cümlədən Svetoni və qədim Roma yazıçıların yazılarında məlumdur.

İstinadlar

Kateqoriya:Roma imperiyasının konsulları