"Morfi" () — Sergey Bodrovun ssenarisi əsasında rejissor Aleksey Balabanovun çəkdiyi dram filmi. Film Mixail Bulqakovun "Gənc həkimin qeydləri" silsiləsinin və "Morfi" hekayəsinin motivləri əsasında çəkilmişdir.

Məzmun

1917-ci ilin payızı. Gənc həkim Mixail Polyakov (Leonid Biçevin) işləmək üçün kənd xəstəxanasına təyinat alır. Tibb institutunu yenicə bitirmiş Polyakov həkimlik təcrübəsinin başlanğıcında bir çox çətinliklərlə qarşılaşır. Onun birinci xəstəsi difteriyanın ağırlaşmasından vəfat edir. Özünün də bu xəstəliyə tutulacağından qorxan həkim tibb bacısından xahiş edir ki, ona zərdab vursun. Axşam vurulan iynənin yerində kəskin gicişmə özünü göstərir. Ağrının qarşısını almaq üçün tibb bacısı Anna (İngeborqa Dapkunayte) ona morfi iynəsi vurur. Narkotik təsirdən yüngüllük hiss edən həkim tibb bacısından inyeksiyanı təkrarlamağı xahiş edir. Sonra isə gizlicə öz-özünə iynə vurmağa başlayır. Eyni zamanda o, bir neçə mürəkkəb əməliyyatı uğurla aparmağa müvəffəq olur. Nəticədə əhalə arasında etibar qazanmağa başlayır. Lakin əsəbi gərginlik onu daha çox əldən salır. Buna görə də daha tez-tez narkotik istifadə etməyə başlayır.

Anna ilə Polyakov arasında eşq yaşanır. Bu zaman Mixailin narkotik asılılığı daha da çox üzə çıxır. Anna Polyakovun morfidən asılılığının səbəbini başa düşməyə çalışır və özü də narkotik qəbul etməyə başlayır. Mixail paralel olaraq, gənc qrafinya Yekaterina Karlovna ilə də yaxın münasibət qurmağa başlayır.

Bir dəfə Mixail təcili çağırışla yaxınlıqdakı mülkə yollanır. Orada tanış olduğu RSDFP üzvü, feldşer Qorenburq ondan xahiş edir ki, xəstəxana əczaxanasından ona morfi gətirsin. Onlar birlikdə Polyakovun xəstəxanasına qayıdanda yolda çovğuna düşürlər. Gecələmək üçün qaldıqları malikanədə zadəgan Vasili Osipoviç Soborevski və onun ailəsi ilə tanış olurlar.

Bir neçə gündən sonra bu malikanədə yanğın baş verir. Xəsarət alanları vaxtında xəstəxanaya çatdırsalar da, Soborevski ilə qızı onlara vurulan, Polyakovun istifadə etdikdən sonra morfi ilə dəyişdiyi xlorid-kalsium inyeksiyasından vəfat edirlər. Polyakov narkotikdən asılılığının fəlakət dərəcəsinə çatdığını dərk edir və Annanın məsləhətilə könüllü müalicə üçün Uqliç şəhərinə psixiatriya xəstəxanasına gedir. Orada olarkən təsadüfən bolşeviklərin azğınlığının şahidi olur: sərxoş matroslar xizəksürənləri saxlayıb onları döyürlər. Polyakov pəncərədən antisemit qışqırıqlara onların diqqətini yayındırır və qarışıqlıq yaranmasından istifadə edərək yolüstü xəstəxana əczaxanasından morfi şüşəsi götürüb xəstəxanadan qaçır. Küçədə artıq narkomana çevrilmiş Anna və bolşevik komissarı olmuş Qorenburqla rastlaşır. Qorenburq Polyakovu tanıyır və bir neçə xəbərdarlıq atəşi açaraq onu saxlamağa çalışır. Lakin Mixail özü ona atəş açıb öldürür və qaçır. Anna öldürülmüş Qorenburqun cibindən morfi şüşələrini çıxarıb aparır.

Absinent sindromundan əzab çəkən Polyakov yaxınlıqdakı kinoteatra gedir. Orada səssiz komediya filmi nümayiş olunur. Qalan sonuncu doza morfini özünə vuran həkim narkotikin təsirindən yüngüllük tapır. Sonra digər tamaşaçılarla birlikdə gülməyə başlayır və tapança ilə özünü güllələyir. Kinoteatrdakı tamaşaçılar açılan atəşə fikir vermirlər və baxdıqları komediyaya gülməyə davam edirlər. Kinoteatr ekranında yazılan "Son" sözü həm də filmin son titrini əks etdirir.

Rollarda thumb|245px|Aleksey Balabanov "Morfi" filminin çəkiliş meydançasında Leonid Biçevin— Mixail Alekseyeviç Polyakov İngeborqa Dapkunayte— Anna Nikolayevna Andrey Panin— Anatoli Lukiç Demyanenko, feldşer Yuri Gersman— Lev Aronoviç Qorenburq, feldşer Sergey Qarmaş— Vasili Osipoviç Soborevski Katarina Radivoyeviç— Yekaterina Karlovna Şeffer Svetlana Pismiçenko— Pelageya İvanovna Aleksandr Mosin— Vlas İrina Rakşina— Aksinya Yuliya Deyneqa— Taneçka Aleksey İstomin— Osip Vasilyeviç Valeri Sinelnikov— Vladimir Favorski Aleksey Poluyan— palata qonşusu, hərbçi Oleq Korıtin— yanğınsöndürən Valeri Zaysev— general Vladimir Sapunkov— qonaq Viktor Vinter— lakey Aqniya Kuznesova— şəfqət bacısı Vasilisa Miridonova— Lidka

Çəkilişlər Filmin natura çəkilişləri Uqliç və Kalyazin şəhərlərində aparılmışdı. Həkim Polyakov rolunu əvvəlcə Sergey Bodrov ifa etməli idi, lakin o, 2002-ci ildə həlak olmuşdu.

Saundtreklər +İfaçıMahnıAleksandr VertinskiMaqnoliya tanqosu ()Aleksandr VertinskiQarlı layla ()Aleksandr VertinskiKokainetka (; Yuri Deyneqin işləməsində)Nina DulkeviçPayız yuxusu ()Sergey KuzminÖləndə uşaq idim ()Nataliya TamaraEvə gedirdim ()Nikolay SeverskiO qaranlıq gecəni unutmayacağam ()Varya PaninaQu nəğməsi ()Anastasiya VyalsevaÜçlük ()Mixail VaviçÇarəsiz kədər və qüssə ()

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Filmin rəsmi saytı

Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:Mixail Bulqakovun əsərlərinin ekranlaşdırılması Kateqoriya:Rusca filmlər Kateqoriya:2008-ci ilin Rusiya filmləri Kateqoriya:Rusiyanın dram filmləri Kateqoriya:Aleksey Balabanovun filmləri Kateqoriya:Narkotik maddələr haqqında filmlər Kateqoriya:Psixoaktiv dərmanlar haqqında filmlər Kateqoriya:Həkimlər haqqında filmlər Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:Rusiya haqqında filmlər