Fridrix von Esmarx () – alman cərrahı, aseptika və antiseptikanın banilərindən biri.
Hərbi-səhra cərrahiyyəsi, anesteziologiya və reanimatologiyanın, eləcə də bir çox tibb alətlərinin təkmilləşdirilməsində böyük xidməti olmuşdur. O, operativ cərrahiyyə sahəsində xüsusi bint qoymaqla damarların qansızlaşdırılması və daha az qan itkisi ilə əməliyyat aparılması üsulunu təkmilləşdirmişdir.
İstinadlar
Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Prussiya generalları Kateqoriya:Almaniyanın hərbi həkimləri Kateqoriya:Almanlar Kateqoriya:Cərrahlar Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:XIX əsr həkimləri