"Loki" () – Maykl Uoldronun Disney+ striminq xidməti üçün yaratdığı və Marvel Comics-in eyniadlı personajına əsaslanan ABŞ serialı.. O , "Marvel Kinematoqrafiya Kainatı" (MKK) media franşizasında qurulub və birbaşa franşizadakı filmlərlə əlaqəlidir. Serialın hadisələri Loki-nin alternativ versiyasının yeni bir zaman xətti yaratdığı "Qisasçılar: Final" (2019) filmində başlayır. Loki Marvel Studios tərəfindən istehsal edilmişdir. Serialın baş ssenaristi Maykl Uoldron, birinci mövsümün rejissoru isə Keyt Herron olub.
Tom Hiddlston film seriyasındakı Loki rolunu yenidən canlandırır. Həmçinin əsas rollardan birini Ouen Vilson ifa edir. 2018-ci ilin sentyabr ayına qədər Marvel Studios Disney+ üçün Loki seriyası da daxil olmaqla MKK filmlərinin ikincidərəcəli personajlarına diqqət yetirən bir neçə miniserial hazırlayırdı. Bu miniserial 2019-cu ilin noyabrında, həmçinin Hiddlstonun iştirakı ilə təsdiqləndi. 2019-cu ilin fevral ayında Uoldron işə götürüldü və Herron həmin ilin avqustunda qoşulub. Çəkilişlər 2020-ci ilin yanvarında Atlanta, Corciya şəhərində başladı, lakin COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martında dayandırıldı. İstehsal 2020-ci ilin sentyabrında bərpa olunub və dekabrda başa çatdırılıb.
"Loki" nin premyerası 9 iyun 2021-ci ildə keçirilib və ilk mövsüm altı epizoddan ibarətdir. Bu, MKK-nin dördüncü mərhələsinin bir hissəsidir. Birinci mövsüm aktyor oyununu və vizual həlləri tərifləyən tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. İkinci mövsüm inkişaf mərhələsindədir.
Məzmun "Qisasçılar: Final" (2019) filmində Tesseract oğurlandıqdan dərhal sonra Loki-nin alternativ versiyası məkan və zamandan kənarda mövcud olan bürokratik təşkilat olan "Vaxt Dəyişkənlik İdarəsi" nə (VDİ) daxil olur. Hiylə tanrısı zamana qarşı törətdiyi cinayətlərə görə cavab verməli olacaq və o, seçim qarşısındadır: reallıqdan silinmək və ya onun alternativ variantı ilə mübarizədə MKK-yə kömək etmək. Kateqoriya:Skandinav mifologiyasına əsaslanan filmlər Kateqoriya:Paralel kainatlar haqqında teleseriallar Kateqoriya:Zaman səyahəti teleserialları Kateqoriya:Uydurmada magiya Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:ABŞ-nin fentezi teleserialları Kateqoriya:ABŞ-nin macəra teleserialları Kateqoriya:ABŞ dram teleserialları Kateqoriya:2020-ci illərdə ABŞ teleserialları Kateqoriya:ABŞ-nin fentezi dram teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Tor Kateqoriya:Miniseriallar Kateqoriya:Disney+ orijinal proqramları Kateqoriya:2020-ci illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:Magiya televiziyada Kateqoriya:Filmlərə əsaslanan televiziya verilişləri