Azərbaycan SSR əməkdar səhiyyə işçisi () — Azərbaycan SSR-də səhiyyə sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.

Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar səhiyyə işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 mart 1978-ci il tarixli fərmanı ilə təsis olunmuşdur.

Fəxri ad Azərbaycanın SSR-də sanitariya-epidemiologiya xidməti idarələrinin, müalicə-profilaktika, sağlamlıq müəssisələrinin, tibbi ekspertizaların, elmi-tədqiqat institutlarının, laboratoriyaların, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının, səhiyyə orqanlarının bu sistemdə azı 15 il qüsursuz işləyən, xalq səhiyyəsi və respublikanın əhalisinə tibbi xidmət sahəsində böyük müvəffəqiyyətlər qazanan, ictimai həyatda fəal iştirak edən yüksəkixtisaslı işçilərə verilirdi.

İstinadlar

Həmçinin bax Azərbaycan SSR əməkdar həkimi Azərbaycanın fəxri adları

Kateqoriya:Azərbaycan SSR fəxri adları