thumb|250px|"R2-D2" və "C-3PO" droidləri. Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdırdroid , The Word Guy. (November 9, 2009) və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir.

Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Robototexnika Kateqoriya:Ulduz müharibələri personajları Kateqoriya:Uydurma robotlar