Qonsalu Velyu Kabral () — portuqaliyalı dənizçi.

Məsihin ordeninin komandiri, şahzadə Henrinin xidmətində kapitan olmuş, Veleda meri Fernand Velho və Maria Alvares Kabralın oğludur.

Şahzadənin adından 1432-ci ildə Diogo de Silves tərəfindən kəşf edilən Santa Mariya və San Migel adalarının dəqiq yerini müəyyən etmək üçün səyahətə çıxdı. Tapşırığı uğurla yerinə yetirərək Azor adalarının "ikinci" kəşfçisi oldu. Geri dönərkən Formigaş qayalarını aşkar etdi.

1444-1446-cı illər səyahəti zamanı o, Azor adaları arxipelaqının daha altı adasını kəşf etdi.

Nailiyyətlərinə görə o, Azor adalarında torpaq sahibi oldu.

Ədəbiyyat

Kateqoriya:Portuqaliya dənizçiləri Kateqoriya:1460-cı ildə vəfat edənlər Kateqoriya:Portuqaliyada doğulanlar