Bədiəddin, həmçinin Şah Mədar və Qütbül-Mədar () — sufi din xadimi. O, Hindistana hicrət edərək burada Mədariyyə sufi təqirətini qurmuşdur. Bədiəddin övliya kimi yüksək qiymətləndirilir.
Həyatı Bədiəddin 1315-ci ildə Suriyada, Hələb şəhərində anadan olmuşdur. Sonrakı əsrlərdə onun haqqında getdikcə daha çox əfsanələr yaranmış, bu da mənbələrin ardıcıl olaraq onun doğum ilini daha əvvələ aparmasına səbəb olmuşdur. Həmin mənbələrdə Bədiəddinin mənşəyi ilə bağlı bir-birini təkzib edən qeydlər mövcuddur. Bəziləri onun seyid, yəni İslam peyğəmbəri Məhəmmədin nəslindən olduğunu iddia edir və onun mənşəyini imam Cəfər Sadiqə (765-ci ildə vəfat etmişdir) çıxarır. Digərləri Məhəmmədin 678-ci ildə vəfat edən səhabəsi Əbu Hüreyrənin nəslindən olduğunu yazırlar. Bədiəddinin İslamı qəbul etmiş bir yəhudi olması iddiası sadəcə bir mənbədə dəstəklənir.
Onun müəllimi Bəyazid Tayfur Bəstami idi. Bədiəddin Mədinəyə həcc ziyarətindən sonra İslamı yaymaq üçün Hindistana getmişdir. Hindistanda bir çox hindu onun sayəsində İslamı qəbul etmişdir. Burada o, Mədariyyə təriqətinin əsasını qoymuşdur. Onun Sultan İbrahim Şərqinin (1402–1440-cı illərdə hakimiyyətdə olmuşdur) göstərişi ilə tikilmiş məzarı Məkanpurda yerləşir.
İstinadlar
Kateqoriya:Övliyalar Kateqoriya:İslam filosofları