Sabırbek Mambetsadıqoviç Akılbekov (; ) — Qırğızıstan-sovet rəssamı. Qırğızıstan SSR-nin ilk rəssamlarından olmuşdur. Qırğızıstan SSR əməkdar incəsənət xadimi olmuşdur.
Həyat və yaradıcılığı Sabırbek Mambetsadıqoviç Akılbekov 15 fevral 1914-cü ildə Rusiya imperiyasında, indiki Qırğızıstanın Çuy vilayəti ərazisində anadan olmuşdur. O, 1936–1939-cu illərdə Moskva Rəssamlıq Məktəbində oxumuşdur. 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. "Qırğızıstan tarlalarında" (1954), "Yaylaqda" və "Tayalar" (hər ikisi 1958), "97-ci kilometrdə" (1960), "Toktoqulun vətəni" (1965) və s. lirik, emosional mənzərə əsərlərinin müəllifidir. Sabırbek Akılbekov 15 aprel 1968-ci ildə, 54 yaşında Qırğızıstan SSR-nin paytaxtı Bişkek şəhərində vəfat etmişdir.
Təltif və mükafatlar Sabırbek Akılbekov 1958-ci ildə Qırğızıstan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. O həmçinin, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Акылбеков Сабырбек Мамбетсадыкович — статья из Большой советской энциклопедии. Энциклопедический словарь. 2009.
Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Qırğızıstan rəssamları Kateqoriya:SSRİ Rəssamlar İttifaqının üzvləri