David Nikitiç Kuqultinov və ya Köqltin Dava (; ) — kalmık sovet şairi, Kalmık MSSR xalq şairi (1969), SSRİ Dövlət mükafatı laureatı (1976), 1943-cü ildən Sov. İKP üzvü, Kalmıkiya MSSR Ali Sovetinin deputatı (1980, 198), SSRİ Xalq deputatı (1989-1991).

Həyatı David Kuqultinov 13 mart 1922-ci ildə Kalmıkiya Respublikasının Yaşaltin rayonunun Abqaner Qaxankin (hazırda Esto-Altay) kəndindəДавид Кугультинов, Автобиография, статьи, выступления, Элиста, Калмыцкое книжное издательство, 1997, стр. 8, ISBN 5-7539-0381-9, imkanlı ailədə anadan olmuşdur.

Yaradıcılığı Sovet vətənpərvərliyi, xalqlar dostluğu və beynəlmiləlçiliyin, sülhün tərənnümü David Kuqultinovun yaradıcılığının əsas mövzularıdır ("Məhəbbət və hərb" (1957), "Moabit məhbusu" (1958), "Gözəl quşun nəğməsi" (1961), "Vyetnam xatirələri" (1966), "Zamanın hakimi" (1967), "Ağlın üsyanı" (1965-1971) və s. poemaları; "Bütün illər boyu" (1939-1967), "Həyat və düşüncələr" (1963-1967) şeir silsilələri, "Mən sənin yaşıdınam" (1966), "Aprel çağırışı" (1975) və s. şeir kitabları). Lenin ordeni, Qımızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

İstinadlar

Mənbə

Xarici keçidlər

Kateqoriya:SSRİ şairləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:Kalmık şairlər Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:SSRİ-də repressiya qurbanları