Azərbaycan tibb jurnalı — Azərbaycan SSR-də aylıq elmi jurnal. Azərbaycan SSR Səhiyyə Nazirliyinin orqanı.

Tarixi 1923-cü ildən Bakıda nəşr edilmişdir. 1941–1955-ci illərdə nəşri müvəqqəti dayandırılmışdır. İlk adı "Nəzəri və praktiki tibb arxivi" olmuş, 1924-cü ildə "Nəzəri və praktiki tibb jurnalı", 1925-ci ildə "Bakı tibb jurnalı" adlandırılmışdır. 1928-ci ildən "Azərbaycan tibb jurnalı" adı ilə nəşr edilir. Jurnalda Azərbaycan və rus dillərində tibb nəzəriyyəsi və praktikasında, yeni müalicə üsullarının tətbiqinə, təcrübə mübadiləsinə, tibb tarixinə, səhiyyə işlərinin təşkilinə, tibb terminologiyasının yaradılması və təkmilləşdirilməsinə və s. məsələlərə dair məqalələr dərc olunurdu. 1976-cı ildə tirajı 9,5 minə yaxın olmuşdur.

İstinadlar

Kateqoriya:1923-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Rus dilində jurnallar