Bığlı Mehmed Paşa () — Osmanlı sultanı II Əhməd və II Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Həyatı Əslən Misirli olub, burada doğulub böyümüşdür. Ciddə bəyliyinə yüksəldikdən sonra 1694-cü ildə vəzirliklə Həbəşistan bəylərbəyi oldu. Ertəsi il həcc əmirliyinə gətirildi. 1696-cı ildə Konya valisi, 1697-ci ilin iyulunda Belqrad valisi təyin edildi. 1698-ci ildə Sultan Muradın nəvələrindən Fatma xanım Sultanla (Mələk İbrahim Paşa və Ruqiyə Sultanın qızı) evlənərək Şam bəylərbəyiliyinə gətirildi. Ardından 1699-cu ildə Anadolu və Diyarbəkir bəylərbəyi oldu. 1701-ci ilin iyununda Bağdad uğrunda gedən döyüşlərdə göstərdiyi səriştəsizlik səbəbilə edam edildi.

Fatma xanım Sultanla olan nikahından Səid Mehmed bəy adlı oğlunun olduğu məlumdur. Bu oğlu Sarı Mustafa Paşa və Saliha Sultanın qızı Xədicə xanım Sultanla evlənmiş, cütlüyün Seyid Xəlil bəy (vəf. 6 aprel 1782) adlı oğlu dünyaya gəlmişdir.

Mənbə Sicill-i Osmani IV cild, səh. 16

İstinadlar