right|thumb|280x280px| Zaporojye AES Ukraynanın nüvə enerjisi — Ukraynada energetikasının bir sahəsidir. Ukraynada 15 enerji bloku olan 4 atom elektrik stansiyası (AES) fəaliyyət göstərir, bunlardan biri ümumi quraşdırılmış gücü 6000 MVt olan 6 SSER (Su-Su Energetik Reaktoru) enerji blokluna malik Zaporojye AES-dir ki, bu da Avropada ən böyük AES sayılır. Energetik reaktorlarının sayına görə (hamısı SSER növünə aiddir) Ukrayna dünyada 10-cu, Avropada isə beşinci yerdədir.

2014-cü ilin yay-payız dövründə atom elektrik stansiyalarında elektrik enerjisi istehsalı uzun illərdən sonra, hərbi əməliyyatlar ilə əlaqədar olaraq və yanacaq çatışmazlığı (kömürün azalması) səbəbindən, yenidən ümumi istehsalın 50%-ni ötmüşdür.На отопительный сезон Украина закупает мазут вместо газа (видео) ; 2017-ci ildə nüvə enerjisinin payı ölkədə ümumi elektrik enerjisi istehsalının 55%-ni təşkil etmiş, AES-lərin ümumi gücü 13107 MVt olmuşdur . Belə intensiv istismara baxmayaraq, Ukraynanın nüvə enerjisi sənayesi əvəzedici güclərin təcili tikintisinə ehtiyac duyur: 2021-ci ilə olan vəziyyətə əsasən Ukrayna AES-lərinin yalnız üç enerji bloku layihə istismar müddətindən kənara çıxmamıçdır. Qalanlarının istismar müddəti uzadılmışdır.

Tarix 2006-cı ildə Ukrayna hökuməti 2030-cu ilə qədər 11 yeni enerji blokunun tikintisini planlaşdırırdı .

2015-ci ilin sentyabrında Ukrayna Rusiya ilə Xmelnitski AES-nın 3 və 4-cü enerji bloklarının tikintisinə dair razılaşmanı ləğv etmişdir; Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 2010-cu il iyunun 9-da Kiyevdə imzalanmış müqaviləyə 2016-cı il mayın 12-də xitam verilmişdir.

2021-ci ilin avqustunda Energoatom və Amerikanın Westinghouse şirkəti arasında Ukraynada beş nüvə enerji blokunun tikintisinə dair anlaşma memorandumu imzalandı; sənəd təxminən 1,1 QVt elektrik gücünə malik AP1000 layihəsinin nüvə reaktorunun tikintisi üçün Amerika şirkətinin texnologiyalarının cəlb edilməsini nəzərdə tutur.На Украине планируют построить пять атомных энергоблоков, заявил Зеленский // РИА Новости, 31.08.2021 . Həmçinin Kiçik nüvə reaktorlarının tətbiqi də planlaşdırılır: Amerika kiçik modul reaktorlarının texnologiyası На Украине планируют использовать новейшие ядерные реакторы // Sputnik, 27.04.2021Варшава и Киев рвут друг у друга сомнительные ядерные реакторы // 18.02.2022 .

30 yanvar 2022-ci ildə Energoatom Ukrayna tarixində ilk dəfə olaraq bütün 15 nüvə enerji blokunu işə saldı .

Atom stansiyaları right|66x66px Ukraynanın on iki enerji blokunu SSRİ-dən miras almış, daha üçü onun dağılmasından sonra — 1995 və 2004-cü illərdə işə salınmışdır. Ukraynada işləyən YGKR (yüksək güclü kanal tipli reaktor) reaktorları olan bütün enerji blokları Çernobıl Atom Elektrik Stansiyasının tərkibinə daxil idi. Çernobıl qəzası nəticəsində 4-cü enerji bloku dağılmış, qalanları isə 1991–2000-ci illər ərzində növbə ilə bağlanmışdır. Beləliklə, ölkədə qalan bütün reaktorlar SSER tiplidir (2 — SSER-440 və 13 — SSER-1000) . AdıEnerji bloklarıReaktorlarGücü,MVtTikintisinə başlanılıbİstismara verilibİstismarı başa çatıbLayihə istismar müddəti başa çatırİstismar müddəti uzadılıbYanacaq istehsalçısıZaparojye AES1SSER-100010001980198423.12.201523.12.2025TVEL2SSER-100010001981198519.02.201619.02.2025TVELTVEL3SSER-100010001982198605.03.201705.03.2027TVELTVEL4SSER-100010001983198704.04.201804.04.2028TVELTVEL5SSER-100010001985198927.05.202027.05.2030TVELTVEL və Westinghouse6SSER-100010001986199521.10.2026TVELTVELRovne AES1SSER-4404401973198022.12.201022.12.2030TVELTVEL2SSER-4404401973198122.12.201122.12.2031TVELTVEL3SSER-100010001980198611.12.201711.12.2037TVELTVEL4SSER-100010001986200407.06.203507.06.2050TVELTVELXmelnitski AES1SSER-100010001981198713.12.201813.12.2032TVELTVEL2SSER-100010001985200407.09.203507.09.2050TVELTVEL3SSER-100010001986Tikinti dondurulub4SSER-100010001987Tikinti dondurulubCənubi Ukrayna AES1SSER-100010001977198202.12.201302.12.2027TVELTVEL2SSER-100010001979198512.05.201531.12.2025TVELTVEL3SSER-100010001985198910.02.202010.02.2034TVELTVEL və Westinghouse4SSER-100010001987saxlanılıbÇernobıl AES1YGKR-100010001970197719962YGKR-100010001973197819913YGKR-100010001976198120004YGKR-100010001979198319865YGKR-100010001981ləğv edilib6YGKR-100010001981ləğv edilib

Nüvə yanacağı 2011-ci ilə qədər bütün nüvə yanacağı TVEL tərəfindən Rusiyadan tədarük edilirdi.

2008-ci ildə Ukrayna yanacaq tədarükünün şaxələndirilməsinə yönəldi, İngiltərə-Amerika şirkəti Westinghouse Electric Company ilə 2011–2015-ci illərdə VVER-1000 ilə Cənubi Ukrayna AES-in ən azı üç enerji blokunda Rusiya yanacağının mərhələli şəkildə dəyişdirilməsi üçün ən azı 630 yanacaqverən dəstinin (YVD) tədarükü üçün müqavilə imzaladı; 2011-ci ildə Westinghouse öz YVD-nı Ukraynaya tədarük etməyə başladı.

Həmçinin bax " Energoatom " Milli Nüvə Enerjisi İstehsal Şirkəti Ukrayna Dövlət Nüvə Nəzarəti Ukraynadakı elektrik stansiyalarının siyahısı

Linklər miraes.ru saytında Ukrayna AES- in xəritəsi Ukraynanın AES-ləri üçün yanacaq // RİA, 2016 Ukrayna nüvə enerjisini artırır // RİA Novosti, 11/1/2020 Ukrayna "nüvə sıçrayışı" planlaşdırır // RİA, 24/05/2020 Ukrayna nüvə enerjisi dünya lideri olmaq üzrədir // RİA Novosti, 30.04.2021 Ukrayna indi Rusiyanın nüvə tullantıları anbarları olmadan yaşayacaq. Kiyev işlənmiş nüvə yanacağının utilizasiyası üçün öz sistemlərini yaradır // NG, 11.10.2021

Qeydlər

Kateqoriya:Ölkələrinə görə nüvə energetikası Kateqoriya:Ukrayna atom elektrik stansiyaları