Çandrila () — "Ulduz müharibələri" kainatında uydurma planet. Çandrila sakit dənizləri və təpələri olan kiçik planetdir. Mülayim mövsümi hava və nadir hallarda təhlükəli hava şəraiti var. Planetin paytaxtı Hanna-Sitidir. Burada Endor döyüşündən sonrakı ilk aylarda Yeni Respublika Qalaktik Senatının yerləşdiyi Çandrila Senatı yerləşir. Çandrilalılar dinc, lakin bir az təkəbbürlü, pedantik və siyasətlə maraqlanan hesab olunur. İlk dəfə Çak Vendiqin 2015-ci ildə yayımlanan "Aftermath" romanında nümayiş olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ulduz müharibələrinin planetləri