Səfiyyə binti Əbdülmüttalib (, ) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin bibisi, Zübeyr ibn Əvvamın anası. İslamda bütpərəst (İslam ədəbiyyatında müşrik) kişini öldürən ilk qadın səhabə kimi tanınır.

Bioqrafiya 567-ci ildə Məkkədə anadan olmuşdur. Müsəlman olmadan əvvəl iki dəfə ərə gedir. Zübeyr ibn Əvvam ikinci evliliyindən idi. Məhəmmədin İslama dəvətini eşidən o, oğlu Zübeyrlə birlikdə İslamı qəbul etmişdir. İslamın yayılmasında peyğəmbərə dəstək verməsi ilə bilinir. O, oğlu Zübeyrlə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir.

O, müxtəlif müharibələrdə iştirak edib və müharibəyə gedən ilk müsəlman qadın kimi tanınıb. Döyüşlərdə yaralıların müalicəsində iştirak edir. Qardaşı Həmzənin Uhud döyüşündə öldüyünü eşidəndə hər iki əlinə aldığı silahlarla Qureyş bütpərəstləri ilə vuruşur. Xəndək döyüşündə ailələrin sığındığı qüllələrə yəhudilərin hücumunu dəf etdiyi üçün ona qənimətdən bir pay verilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qadın səhabələr Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Ərəb şairlər