Abdullah ibn Üneys (; ) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri.
Həyatı Doğulması və gəncliyi haqqında heç bir məlumat yoxdur. Abdullah ibn Üneys Səllam ibn Əbil-Hüqeyqi öldürmək üçün təyin edilmiş 4–5 nəfərlik qrup arasında olmuşdur. Useyr ibn Zarəmin başçılığında üzərinə göndərilən otuz əsgərdən biri olur. O, Xalid ibn Süfyanı öldürmək üçün Məhəmməd tərəfindən tək olaraq göndərilir. Urənə bölgəsində Xalidə rast gələn Abdullah Məhəmmədin əleyhinə danışaraq onu aldadır. Daha sonra adamları ortada olmayanda onu öldürüb Mədinəyə qayıdır. Bu səbəbdən Məhəmməd ona bir əsa verərək deyir:
Abdullah ölənə qədər bu xatirəni qılıncı ilə daşıdı. Vəfat etdikdən sonra vəsiyyəti ilə kəfəninə büründü. O, tutulduğu qızdırma səbəbindən Bədr döyüşündə iştirak edə bilmədi, lakin başqa döyüşlərdə iştirak etmişdir. 674 və ya 699-cu ildə Dəməşqdə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Səhabələr