Mingəçevir FK — 2022-ci ildə yenidən yaradılan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən futbol klubu. "Energetik" FK-nın varisidir.
Tarixi
1956-cı ildə şəhərin eyniadlı "Mingəçevir" (Мингечевир) klubu Azərbaycan SSR Çempionatında iştirak edib, amma final mərhələsinə yüksələ bilməyib.
1960-cı ildə "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir.
1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq bir az daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır. Bu klubun kapitanı Yusif Allahverdiyev olmuşdur. Qardaşı Yunis də onunla komanda yoldaşı olmuşdur.Ulduzları Yandıran Məşqçi,1999, səh.29 Ondan 2 il sonra isə, Mingəçevirin başqa bir klubu, "İzolit" klubu, Azərbaycan kubokuna sahib çıxaraq, Mingəçevir futbol tarixinə düşmüşdür.
Qısa müddət sonra "Tekstilşik" klubunun adı azərbaycanca "Toxucu" adlandırılıb. 1969-cu ildə Nadir Qasımov məşqçi olaraq klubun başına keçib. 1980-ci ildə Bakının "Avtomobilçi" ("Avtomobilist") komandasının oynadığı "Spartak" stadionu əlindən alındığı üçün Mingəçevirə köçüb və o gündən klub Mingəçevir şəhərini təmsil etməyə başlayıb. "Avtomobilçi" SSRİ çempionatının II divizionunun IX zonasında Qafqaz komandaları ilə birgə mübarizə aparıb ki, burda "Kəpəz"lə keçirilən matçlar derbi ab-havasında baş tutub. Azərbaycan futbolunun tanınmış simalarında Anatoli Banişevski bu klubda forma geyinmişdir. Həmçinin klubun kapitanı Vasif İskəndərov, baş məşqçi isə Şamil Hüseynov olmuşdur. Həmçinin "Əməkdar Məşqçi" adı qazanmış Baba Mustafayev də, bu klubda baş məşqçi olaraq çıxış etmişdir. Ondan əlavə Valentin Xlıstov, Ağasəlim Mircavadov, Şamil Heydərov, Anatoli Banişevski də, baş məqçi olaraq çıxış etmişdir.Ulduzları Yandıran Məşqçi, 1999, səh.28,29 Klub tarixində uğursuz məşqçi olaraq adlandırılan, 1966-cı ildə Neftçi klubunda futbolçu olaraq bürünc medal almış Aleksandr Trofimovun idarəsi zamanı klub 1987-ci ildə sonuncu yeri tutaraq aşağı liqaya düşmüşdür. Bu dövr klubun "Böhran dövrü" olaraq adlandırılır. 1989-cu ildə bu komanda dağılır.
1990-cı ildə Mingəçevirdə "Kür" adlı komanda yaradılır və bu komanda 2 il sonra keçirilən Azərbaycanın ilk müstəqil çempionatında iştirak edir. Karyerasına "Avtomobilçi"də başlamış Azərbaycan Millisinin sabiq müdafiəçisi Ramiz Məmmədov, Mehman Baxışov kimi futbolçuların sayəsində "Kür" 26 klubun mübarizə apardığı çempionatda elə ilk ildə 7-ci yeri tutur, eləcə də komanda ölkə kubokunun finalına vəsiqə qazanır. Ancaq 1992-ci il avqustun 30-da Bakının "İnşaatçı" komandasına əlavə vaxtda buraxdığı qol hesabına uduzur.
1993/94 mövsümünün ortasında klubu Mingəçevir su-elektrik stansiyası himayəsinə götürdüyündən komandanın adında cüzi dəyişiklik edilir: "Kür-Nur".
1995/96 mövsümündə isə hazırda Qarabağ FK məşqçisi Qurban Qurbanovun da futbolçu kimi yolu "Kür-Nur"dan keçir və burda 4 qola imza atır.
1997/98 mövsümü başa çatdıqdan sonra komanda maliyyə problemləri ucbatından dağılır.
2005 ildə "Azərenerji" şirkəti məcburən Mingəçevirdə yeni klub yaratmalı olur — "Energetik". Bu komanda I dəstədən mübarizəyə qoşulur və 8 klubun iştirak etdiyi ilk mövsümdə 4-cü yeri tutur. Növbəti mövsüm isə "Energetik" 2-ci pilləni tutur və AMMK (indiki AZAL) ilə birgə elitada iştirak etmək hüququ qazanır. Təbii ki, "Azərenerji" rəhbərliyi qısa müddətdə bunu gözləmirdi.
2018-ci ildə "Energetik" klubunun büdcəsinə dəstək olan, sponsorluq edən "AzərEnerji" kluba sponsorluqdan imtina etdi. Bunun nəticəsində klubda ciddi maliyyə problemləri yarandı.
2019-cu illərdə isə kluba sponsorluq edən "Azenco" kluba göstərdiyi maliyyə dəstəyini çəkdi. Bu da öz növbəsində klubun fəaliyyətini dayandırma ehtimalını yenidən gündəmə gətirdi.
2021/2022 illərində klub Region Liqasından I Diviziona yüksəlib. Maliyyə dəstəyi səbəbi ilə klub "Energetik" adlanırdı. Lakin 2018-ci ildən etibarən "AzərEnerji"-nin sponsorluqdan imtina etməsi, klubun adının dəyişdirilməsi ilə nəticələndi. 2022-ci il 19 may tarixində I Divizionda çıxışa hazırlıq məqsədilə stadionun təmirinə start verildi. thumb|right|2022–2025-ci (sentyabr) illərdə istifadə olunmuş loqo 2022/2023 mövsümündə klub gözlənilən qədər yaxşı oyun nümayiş etdirmədi. Belə ki, klubun büdcə problemləri yenidən özünü büruzə verdi. Həmçinin meydanın kələ-kötür olması səbəbiylə, futbolçuların top idarəsi nə qədər yaxşı olursa olsun, bu oyun zamanı özünü mənfi tərəfdən göstərirdi. Sponsorun olmaması gəlirin azalması nəticəsində klubdan güclü oyunçular ayrıldı. Həmin ilin mart ayının 25-i baş məşqçi kimi gələn Şəhruz Mustafayev öz qərarı ilə istefa verdi. Mövsüm sonuna qədər onun yerinə köməkçi məşqçi olan Sönməz Quliyev keçdi. 2023/2024 illəri məqsədi olaraq 12, 13, 16 və 17 yaş qrupları üzrə komandaların qurulması hədəfləndiyi açıqladı. Artıq qış fasiləsindən sonra, Ruslan Həmidovun təşəbbüsü ilə U16, U17 yaş qrupları üzrə komanda yaradıldı. 26 aprel tarixində Ruslan Həmidov AFFA-ya müraciət edərək, Mingəçevir klubunun Azərbaycan Premyer Liqasına vəsiqə əldə etməsini istədi.
2023/2024 — Mingəçevir "Azərlotereya" ilə sponsorluq müqaviləsi imzaladı.https://futbolinfo.az/ming%c9%99cevir-ucun-yeni-sponsor/ Bu mövsüm üçün əlamətdar bir neçə hadisə baş verdi. İlk olaraq Ruslan Həmidov 2024/2025 futbol mövsümü üçün "Kür-Nur" klubunun bərpası ilə bağlı açıqlama verdi. Yeni plana görə "Kür-Nur" klubu bərpa ediləcək.https://prosport.az/az/news/id-2794 İkincisi isə liqanın ilk turununda "Karvan" klubu ilə qarşılaşma gərginliyi ilə yadda qaldı. 65, 67-ci dəqiqələrdə Mingəçevirin iki oyunçusu Elçin Qasımov və Elvin Əlizadə qırmızı vərəqə aldılar.https://futbolinfo.az/i-liqa-karvan-q%C9%99l%C9%99b%C9%99-il%C9%99-basladi/https://qol.az/news/192229-1-ci-liqada-yeni-movsum-bu-gun-yevlaxda-baslayir 27 Noyabr tarixində klubun verdiyi açıqlamaya görə, məşqçilər heyəti uğursuz nəticələrə görə dəfələrlə istefalarını deməyi ilə yanaşı, sadəcə qeyd edilən tarixdə dəyişiklik edilərək, baş məşqçi olaraq Ədahim Niftəliyev klubun sükanı arxasına keçdi. 3 dekabr tarixində isə klub qapıçılar üzrə məşqçi Elnar Kərimov ilə yollarını ayırdı.
Loqoların Anlamı
Kür Mingəçevir Kür Mingəçevir klubunun loqosu dairə şəkildədir. qara fon arxasında klubun adı, təmsil etdiyi şəhər yazılmışdır. Loqonun ortasında bir dəniz və bulud təsfirinə yer verilmişdir. Loqo Kür Mingəçevir klubunun fəaliyyət illəri (1990–1993) ərzində istiadə olunmuşdur.
Kür Nur Bu loqo ənənəvi dairə formasından bir az daha fərqlidir. Düzbucaqlı şəklində olan loqonun üst tərəfində bayraq təsvir olunmuşdur. Sol tərəfdən aşağı doğru "Kür", sağ tərəfdən aşağı doğru "Nur" sözü oxunur. Narıncı fon arxasında isə, sol tərəfdə "F" hərfi, sağ tərəfdə isə "K" hərfini görmək mümündür ki, buda "futbol kl ubu" sözünün qısaltılmış formasıdır. Bu loqoda öz növbəsində klubun fəaliyyətdə olduğu dövrlərdə (1993–1998) istifadə olunmuşdur.
Energetik Mingəçevir Energetik Mingəçevir klubunun ilk loqosu elə təmsil etdiyi şəhər olan Mingəçevirin gerbinə bənzəməsi ilə daha çox seçilir. Loqo düzbucaqlı formadadır. 2 rəngdən ibarət olan loqonun sol üst küncündə SESin şəkli yer almışdır. Sağ alt küncündə isə, balıq təsviri vardır. Mingəçevir həmçinin balıq sahəsində də inkişaf etmiş şəhərdir. Loqonun üst tərəfində "Energetik" yazısı var. Həmçinin sağ küncdə "futbol klubu" ifadəsinin qısaltdılmış forması olan "FK" sözü vardır. Sol altda isə klubun təmsil etdiyi şəhər və klubun yaranma tarixi olan 1966-cı il yazılmışdır.
5 oktyabr 2015-ci ildə rəsmi sosial şəbəkə səhifələrində azerkeşlərə təqdim etdi. Buda öz növbəsində azerkeşlər tərəfdən çox bəyənildi. Yeni loqo dairə formasında idi. Sol və sağ tərəflərində futbol topları vardı. Halqanın üstündə klubun adına yer verilmişdir. Göy qırmızı və yaşıl fon üstündə sarı rəngdə lampa şəklinə yer verilmişdir. Buda klubun adının bir növ izzahı idi. Aşağı tərəfdə isə "Energetik" klubunun yaranma tarixi qeyd olunmuşdur.
3 iyul 2020 tarixində isə klub yenidən loqo dəyişikliyi etmək qərarına gəldi. Yeni loqo mavi rəngdə idi. Üst tərəfində klubun adı, alt tərəfində isə "Mingəçevir" yazılmışdır. Sol tərəfdə "F" hərfi, sağ tərəfində isə "K" hərfinə yer verilmişdir. Ortasında göy-ağ rəngdə qalxan şəkli var idi. Qalxanın üstündə isə elektrik qülləsi təsviri var. Qüllənin altında isə "Energetik" klubunun yaranma ili yazılmışdır.
2022/2023 sezonlarında klub 1-ci Diviziona yeni ad və loqo ilə şıçıxış etməyə başladı. Loqonun mərkəzində su anbarının şəkili ilə birlikdə, Mingəçevir'də yer alan Bozdağ silsiləsi'nin şəklinədə yer verib
Statistika Azərbaycan Kuboku frameless|16x16px Gümüş Medal —(1992, 1994/95)
Rekord — 2022/23 sezonlarında Mingəçevir ilk oyun zamanı 3,200 izləyici ilə 5 mövsümün rekordunu yeniləyib
Qeyd:Aşağıdakı məlumat cədvəlində klubun professional oyunları ilə bağlı məlumat verilib. Azərbaycan Birinci Liqası rəsmi liqa olması ilə birlikdə, Azərbaycan Region Liqası həvəskar liqa olaraq bilinir +SSRİ (1966–1991)Toxucu FK (1966–1970)MövsümLiqaYerOQHMAVXSSRİ Kuboku1966Zona 3/ Qrup B1734961924/43241967Zona 3/Qrup B538163935/2945Respublik Kuboku430120/211968Zona 3/Qrup B34015121332/41421969Qrup B — Zaqafqaziya63816101253/48421970Qrup B / Zona 2 / Altqrup 21534891729/6625Avtomobilçi FK (1980–1987)19802-ci liqa / 9-cu zona8301261239/373019812-ci liqa / 9-cu zona1630452129/6313Bölgə 6 / 9–16-lıq liqa1644962944/852419822-ci liqa / 9-cu zona11321451332/403319832-ci liqa / 9-cu zona1532761937/662019842-ci liqa / 9-cu zona14321051745/632519852-ci liqa / 9-cu zona12301241441/442819862-ci liqa / 9-cu zona8301431358/413119872-ci liqa / 9-cu zona1630851737/5621Kür FK (1990–2005)19902-ci liqa / 3-cü zona / A qrup622103925/25233-cü zona 1–12-lıq liqa10341361541/423219912-liqa / 3-cü zona5381811967/3347Azərbaycan (1992 — H. H)1992Yüksək Dəstə7361931450/39412-cilik1993Yüksək Liqa61866621/25181/81993/1994Birinci Dəstə5301371045/33231/81994/1995Birinci Dəstə424142841/23302-cilik1995/1996Birinci Dəstə62074935/41251/81996/1997Yüksək Dəstə1330741930/59251/81997/1998Yüksək Dəstə1126831526/36271/2Energetik FK(2003–2022)2003/2004Birinci Dəstə41491426/9'281/82004/2005Birinci Dəstəsi214101334/13311/162005/2006Birinci Dəstə10301051541/52351/162006/2007Birinci Dəstə/B Qrupu72074928/37251/162007/2008Birinci Dəstə/B Qrup61644819/25161/162008/2009Birinci Divizion428148651/2950İştirak Etməyib2009/2010 Birinci Divizion1322361324/5115İştirak Etməyib2010/2011Birinci Divizion1126551617/5020İştirak Etməyib2011/2012Birinci Divizion1226671321/4525İştirak Etməyib2012/2013 Birinci Divizion1024541526/5219İştirak Etməyib2013/2014 Birinci Divizion1630252311/9211İştirak Etməyib2014/2015Birinci Divizion1430532224/8218İştirak Etməyib2015/2016Birinci Divizion1336431914/10015İştirak Etməyib2016/2017 Birinci Divizion1126551625/8620İştirak Etməyib2022/23Birinci Liqa14265518201/8
Daxili Rekordlar
Klub tarixinin bombardirlik siyahısı Sıra Sezon Futbolçu adı Mövqeyi Oyun sayı Vurduğu Qol 1 1992 - Ramiz Məmmədov CM 126 40 2 1992 Mehman Baxışov FC 31 10 3 1992 Bəxtiyar Sadıqov FC 32 7
Stadionu Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu. 5.000 nəfərlik tutuma malikdir.Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu 2025 ci ilin martından təmirə verilmişdir
Oyunçular
Həmçinin bax Ulduz PFK ASTA 1966 Tekstilşik FK mövsümü
İstinadlar
Kateqoriya:Mingəçevir futbol klubları