Kerey xan və ya Girey Xan (qazax türkcəsində: Керей хан; ) — 1465-1468 illərində ilk Qazax xanı. Əmisi oğlu Canıbəy xanla birgə Qazax xanlığını qurmuşdur. Qızıl Orda və sonradan Ağ Orda xaqanı olmuş Uruz xanın nəticəsidir. Bolat Sultanın oğludur. Burunduq xanın atası. 1468-ci ildə baş vermiş Qazax-Şeybani savaşı nəticəsində həyatını itirmişdir. Ölümündən sonra taxta əmisi oğlu Canıbəy keçmişdir. Çingizlilər xanədanının türkləşmiş Törə sülaləsindəndir.

İstinadlar

Kateqoriya:Xanlar