Firuzə xanım Qovanlı-Qacar (1889, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 1916, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — peşəkar akademik fortepiano təhsili almış ilk azərbaycanlı qadın pianoçu.
Həyatı
Firuzə xanım Qovanlı-Qacar 1889-cu ildə Tiflis şəhərində Qacarlar sülaləsiinin ailəsində anadan olub.www.vdoc.pub — Баку, "Şərq-Qərb", 2007, стр. 263–264 Ailənin ən böyük övladı idi.
Atasının evində tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər.
Gənc yaşlarından Firuzə xanım musiqiyə həvəs göstərir və fortepiano musiqisi ilə elə maraqlanır ki, həyatını ona həsr etmək qərarına gəlir.
Musiqi təhsili
Firuzə xanım musiqi təhsilinə Tiflisdə başlayır, sonra isə Peterburq Konservatoriyasına (indiki N.A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) qəbul olunaraq orada təhsilini davam edir. Konservatoriyanı "əla" qiymətlərlə bitirir və peşəkar akademik fortepiano təhsili almış ilk azərbaycanlı qadın pianoçu olur.
Peterburqda oxuduğu müddət ərzində o Teymur bəy Məlik-Aslanovla tanış olub və Tiflisə qayıdarkən, müəyyən vaxtdan sonra Teymur bəylə ailə həyatı qurur. Firuzə xanımın yaradıcılıqla bağlı bir çox planları var idi. Lakin taleyi buna imkan vermədi, o ilk övladını dünyaya gətirərkən doğuş zamanı 27 yaşında vəfat edir.
Ailəsi Həyat yoldaşı Teymur bəy Ağa bəy oğlu Məlik-Aslanov (1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1974, Hyuston, Texas, ABŞ).N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. İkinci Buraxılış, "Səda", Bakı, 2001, səh. 31 ISBN 5-86871-204-4
Valideynləri: Atası Seyfulla mirzə Qovanlı-Qacar (6 mart 1864 – 29 iyul 1926, Bakı) Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzənin oğlu, çar, sonralar isə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun polkovniki. Anası Rüxsarə хanım Əli bəy qızı Lalayeva-Təbrizli Qafqaz Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin üzvü.
Həmçinin bax
Seyfulla mirzə Qovanlı-Qacar
Mənbə
Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı. “Şuşa” nəşriyyatı. 2008.
İstinadlar
Kateqoriya:Bəhməni ailəsi Kateqoriya:Azərbaycan maarifçi qadınları Kateqoriya:Azərbaycan pianoçuları Kateqoriya:XX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycanın qadın musiqiçiləri Kateqoriya:Azərbaycanda qadın ilkləri