İttifaq dövləti (, ), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu.Zulys, Audrius. "Toward a Union State of Russia and Belarus". Lithuanian Foreign Policy Review, 2005, p. 149 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı.

Nəzərdə tutulan genişlənmə

Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. thumb|upright=1.5|İttifaq dövləti (sarı), qoşulmaqda maraqlı olduğunu bildirmiş dövlətlər (yaşıl) və MDB-nin digər üzvləri (çəhrayı). Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi. Planlaşdırıldığı kimi 2010-cu ilin əvvəlində 3 ölkədən ibarət gömrük ittifaqı yaradıldı. Həmçinin Qazaxıstan gələcəkdə İttifaq dövlətinə qoşula biləcəyi haqqında bəyanat verdi. Qırğızıstan — 2007-ci ilin iyun ayından etibarən, siyasi təlatümlər içində olan Qırğızıstanda müxalifət Rusiya və Belarus birliyinə qoşulmaq üçün ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Moldova — ölkənin 3-cü Prezidenti Vladimir Voronin 2001-ci ildə prezident seçildikdən dərhal sonra İttifaq dövlətinə daxil olmaq planlarının olduğunu qeyd etmişdi. Lakin 2009-cu il seçkilərindən sonra Moldavada Avropaya inteqrasiya edən hökumət hakimiyətə gəldi. Dnestryanı (faktiki olaraq) — 1998-ci ilin yazında Dnestryanıda seçicilərin 66,5%-i qurumun Rusiya və Belarus İttifaqına qoşulmağını dəstəkləyib. 2006-cı ildə keçirilən seçkilərdə isə Dnestryanıda əhalinin 97,2%-i tanınmamış Dnestryanı dövlətinin Rusiyaya inteqrasiyasına səs vermişdir. Lakin qurum həm Belarus və Rusiya, həm də dünya ölkələri tərəfindən tanınmadığı üçün bunun yaxın gələcəkdə baş verməsi ehtimalı azdır. Ukrayna — Ukraynanın İttifaqa daxil olması ilə bağlı spekulyasiyalara cavab olaraq Ukraynanın 4-cü Prezidenti Viktor Yanukoviç Ukraynanın müstəqil suveren dövlət olduğunu qeyd etmişdi. Həmçinin 2021-ci ildə Ukraynanın 6-cı Prezidenti Vladimir Zelenski İttifaq dövlətinin Ukrayna üçün real təhlükə olduğunu bəyan etdi. 20px Novorosiyya — 2014-cü ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dövründə Krım Respublikasının Baş Nazirinin müavini Rüstəm Temirqəliyev Ukraynanın cənub-şərqinin “Ukrayna Federasiyası” adı altında İttifaq dövlətinə qoşulacağına ümid etdiyini bildirib. Lakin Ukraynadan müstəqillik elan edən Donetsk və Luqansk Xalq Respublikalarının yaranması ilə konfederativ Novorossiya siyasi layihəsi 2015-ci ilin əvvəllərində donduruldu. Yuqoslaviya Federal Respublikası / Serbiya — 1999-cu ildə Yuqoslaviya FR Parlamenti ölkənin İttifaq dövlətinə üzv olmasına razılıq verdi. 2007-ci ildə Serbiyanın 4-cü Prezidenti Tomislav Nikolic İttifaq dövləti ilə əlaqələrini gücləndirməsini və sonda İttifaq dövlətiinə qatılmaq arzusunda olduğunu bəyan etdi. Lakin sonradan Serbiya Avropa İttifaqına üzvlük ərizəsi təqdim etdi.

İstinadlar

Həmçinin bax Müstəqil Dövlətlər Birliyi

Kateqoriya:Müstəqil Dövlətlər Birliyi Kateqoriya:Avrasiya Kateqoriya:Yaranmamış dövlətlər Kateqoriya:Ticarət blokları Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:Konfederativ dövlətlər Kateqoriya:Şərqi Avropa Kateqoriya:1999-cu ildə Avropada yarananlar Kateqoriya:Milli birləşmələr