Əl-Valid ibn Ubeydullah əl-Buhturi (; ) — Abbasilər dövründə yaşamış məşhur ərəb şairidir.Esat Ayyıldız, "el-Buhturî’nin Methiyeleri" , Bingöl Üniversitesi İlahiyat Fakültesi Dergisi 18 (Dekabr 2021), 136–153. https://doi.org/10.34085/buifd.1011660

Həyatı Buhturi Abbasilər dövrünün ən məşhur mədhiyyə şairlərindən biridir. Qədim ədəbiyyatşünaslar onu görkəmli şair kimi qələmə verirlər. 815 və ya 822-ci illərdə Suriyanın Mənbic şəhərində doğulub boya-başa çatmışdır. Poeziyasının ilk illərində tayfasını vəsf etmək üçün fəxriyyə tipli şeirlər yazmışdır. Onu tez-tez müasiri və müəllimi olan məşhur şair Əbu Təmmamla müqayisə edirdilər. Buhturinin şeirləri ərəb poeziyasında klassik üslub nümunələridir. O, çörəkpulu qazanmaq üçün mədhiyyə şairi kimi çalışmış və bu janrdakı qəsidələri ilə şöhrət qazanmışdır.Esat Ayyıldız, "el-Buhturî’nin Methiyeleri" , Bingöl Üniversitesi İlahiyat Fakültesi Dergisi 18 (Dekabr 2021), 136–153. https://doi.org/10.34085/buifd.1011660

Həmçinin bax

Mübərrəd

İstinadlar

Kateqoriya:Ərəb şairlər Kateqoriya:Abbasilər Kateqoriya:Bəni-Tay Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri