Ümmü Gülsüm binti Məhəmməd (, ) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı. Bioqrafiyası O, Məkkədə anadan olmuşdur. O, Əbu Ləhəbin ikinci oğlu Uteybə ilə nişanlanmışdır. Lakin Məhəmməd peyğəmbərlə əmisi Əbu Ləhəb arasında münasibətlər pisləşdiyindən, Əbu Ləhəb nikah münasibəti başlamamışdan əvvəl nikahın ləğvinə təşəbbüs göstərir. Ümmü Gülsüm ilk müsəlmanlardan idi. O, digər müsəlmanlarla birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. 624-cü ildə bacısı Rüqəyya binti Məhəmməd vəfat etdikdən sonra Osman ibn Əffanın həyat yoldaşı olur. Ümmü Gülsüm və Osmanın övladları olmamışdır. Ümmü Gülsüm atasının ölümündən iki il əvvəl 630-cu ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Qadın səhabələr Kateqoriya:VII əsr qadınları Kateqoriya:Məhəmmədin ailəsi Kateqoriya:Xristianlıq