Zahid Avşar Eloğlu (Zahid Hacıqulu oğlu Quliyev; ) — Azərbaycan şairi"Azərbaycan" jurnalının dekabr sayı çapdan çıxıb . senet.az, 28 dekabr 2017, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü; İdman ustası.

Həyatı Zahid Avşar Eloğlu 1952-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1968-ci ildə Ağcabədi rayon Nizami adına Avşar kənd 1 saylı tam orta məktəbini, 1978-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.Adil Misirli. Şairin yeni kitabı işıq üzü görüb . "Aran" qəzeti, 15 oktyabr 2021

1970-ci ildə keçmiş DQMV-nin Şuşikənd kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1972–1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Ağcabədi rayonunun Şənlik və Qaradolaq kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Ağcabədi rayon UGİM-də məşqçi-müəllim işləmişdir. İdman ustasıdır. Komsomol işçisi olmuşdur.

Hal-hazırda N. Abdullayev adına Avşar kənd 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Yaradıcılığı Zahid Avşar Eloğlunun şeirləri müxtəlif qəzet və dərgilərdə mütamadi çap olunur.Zahid Avşar Eloğlunun şeirləri . — "525-ci qəzet", 23.11.2016

"Yadıma sən düşürsən" (Bakı, Şirvannəşr, 2005), "Dağlar dağımdır mənim" (Bakı, Şirvannəşr, 2008), "Şəhriyarla söhbət" (Bakı, Yazıçı, 2011), "Haqdan gələn səs" (Bakı, Yazıçı, 2011), "Qoca palıdın dastanı" (Bakı, "Elm və təhsil", 2021) kitablarının müəllifidir.

Üzvülüyü Zahid Avşar Eloğlu 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Aşıqlar Birliyinin V qurultayının və Azərbaycan Yazıçılar Birliyinin XII qurultayının nümayəndəsi olmuşdur. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları Zahid Avşar Eloğlu "Qızıl qələm" mükafatına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Orta Asiya Yazarlar və Tarixçilər Birliyi Yönetiçiləri Konseyi "Yanqi Ovoz" və Böyük "Turan Birimdiqi" medalı ilə tətif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri