Sketchpad (Robot Draftsman) Ayven Sazerlend tərəfindən 1963-cü ildə doktorluq təhsili zamanı yazılmış kompüter proqramıdır. Sazerlendə 1988-ci ildə Turinq Mükafatını və 2012-ci ildə Kioto Mükafatını qazandıran proqramın insan-kompüter qarşılıqlı əlaqəsini asanlaşdırdığı düşünülür. Kompüter dəstəkli dizayn proqramlarının ilki olan Sketchpad müasir proqram təminatının inkişaf etdirilməsi komponentlərindən biri olan qrafik istifadəçi interfeysi ilə obyekt yönümlü proqramlaşdırmaya da təsir etmişdir.

İstinadlar

Kateqoriya:Kompüter qrafikası Kateqoriya:Qrafik istifadəçi interfeysi