Diqqət mərkəzində () — rejissor () tərəfindən çəkilmiş Amerikan filmi. Ssenari () ilə birgə əməkdaşlığı nəticəsində () tərəfindən yazılmışdır və Bostonda kardinal ()un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır.
Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb.
2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Süjeti 1976-cı ildə Boston polis idarəsində iki polis məmuru katolik keşişi Con Qoqanın uşaq təcavüzünə görə həbs olunmasını müzakirə edir. Daha sonra rayon prokurorunun köməkçisi məntəqəyə daxil olur və polislərə tapşırır ki, baş verənlər barədə mətbuatın xəbər tutmasına izin verməsinlər. Həbs durdurulur və keşiş buraxılır. 2001-ci ildə "The Boston Globe" yeni baş redaktor Marti Baronu işə götürür. O, hazırlanması aylar tələb edən jurnalist araşdırması aparan kiçik bir jurnalist qrupunun — "Diqqət mərkəzində" komandasının redaktoru Uolter "Robbie" Robinson ilə görüşür. Baron, Boston arxiyepiskopu kardinal ()nun, keşiş Con Qoqanın uşaqlara cinsi təcavüz etdiyini bildiy halda ona mane olmaq üçün heç bir şey etmədiyini iddia edən vəkil Mitçell Qarabedyan haqqında "The Boston Globe" qəzetində məlumat oxuduqdan sonra "Diqqət mərkəzində" komandasını araşdırma aparmağa çağırır. Jurnalist Maykl Rezendes əvvəlcə müsahibə verməkdən imtina edən Qarabedyanla əlaqə saxlayır. Baxmayaraq ki, Rezendesə "Diqqət mərkəzində" komandasından olduğunu açıqlamamaq tapşırılsada, Rezendes bu barədə danışır və Garabedyanı danışmağa inandırır.
Əvvəlcə hər dəfə yeni iş yerinə göndərilən bir keşişin hekayəsini araşdırdıqlarını düşünən "Diqqət mərkəzində" komandası Massaçusetsdəki katolik keşişlər tərəfindən uşaqlara qarşı cinsi zorakılıq hallarının üstünü açmağa başlayır, Boston Yeparxiyası isə zorakılıq hadisələrini gizlətməyə davam edirdi. "Keşiş zorakılığının qurbanları" insan haqları qrupunun rəhbəri Fil Saviano vasitəsilə qrupun üzvləri "The Globe"un müxbiri Saşa Pfayferə müsahibə verir və bu, komandanın axtarışını 13 keşişə qədər genişləndirməsinə səbəb olur. Pedofil keşişlər üçün reabilitasiya kursları təşkil etməyə cəhd edən keçmiş keşiş Riçard Sipe vasitəsilə onlar öyrənirlər ki, onun onilliklər ərzindəki təcrübəsinə əsasən, keşişlərin 50%-i tənha deyil, onların əksəriyyətinin digər böyüklərlə münasibəti var. O, həmçinin jurnalistləri təəccübləndirir. Onun hesablamalarına görə komandanın pedofil-keşişlərin sayına dair təxminləri yanlışdır və Bostonda təxminən 90 təcavüzkar- keşiş olmalıdır (keşişlərin ümumi sayının 6%-i). "Diqqət mərkəzində" komandası araşdırma apararaq 87 nəfərin adı çəkilən siyahı tərtib edir və komanda şübhələrini təsdiqləmək üçün təcavüz qurbanlarını axtarmağa başlayır.
11 sentyabr hadisəsi baş verdikdə, qrup istintaqın prioritetini aşağı salmaq məcburiyyətində qalır. Rezendes Qarabedyandan Kardinal ()nun problemdən xəbərdar olduğunu və buna məhəl qoymadığını təsdiqləyən ictimaiyyətə açıq sənədlərin olduğunu öyrəndikdən sonra onlar yenidən sürət artırırlar. Rezendes, daha çox uşaq zərər çəkmədən və mövzu rəqib qəzetlər tərəfindən dərc edilmədən araşdırmanın dərc edilməsində israr etsə də, Robinson əvvəlki kimi sistemin probleminin daha aydın açıqlanması üçün araşdırmaları davam etdirməkdə qərarlı idi. "The Boston Globe" məhkəməni qazandıqdan və mənzərəni daha geniş ortaya qoyan daha çox hüquqi sənədlər aldıqdan sonra "Diqqət mərkəzində" komandası nəhayət hekayəni yazmağa başlayır və araşdırmanın nəticələrini 2002-ci ilin əvvəlində dərc etməyi planlaşdırır.
Onlar buraxılışı çap etməyə hazırlaşanda Robinson komandaya etiraf edir ki, 1993-cü ildə vəkil Erik MakLeyş ona 20 pedofil-keşişin adı olan siyahı göndərib, lakin o, bu siyahıya əhəmiyyət verməyib. Lakin Baron onu və komandasının cinayətləri ifşa etmək səylərini tərifləməyə davam edir. Hekayə Kardinal Lounun laqeyidsizliyini ifşa edən sənədlərə istinadla və zərərçəkmişlər üçün telefon nömrəsi ilə çap olunur. Ertəsi gün səhər "Diqqət mərkəzində" komandası zərərçəkənlərin saysız zəngləri ilə qarşılaşır və onların hekay6ələrini dinləyir.
Mətn epiloqunda qeyd olunur ki, kardinal () 2002-ci ilin dekabrında istefa verib və nəticədə Romadakı () göndərilib. Sonra ABŞ-də və dünyanın müxtəlif yerlərində keşişlərin cinsi zorakılığı ilə bağlı böyük qalmaqalların baş verdiyi şəhərlərin siyahısı sadalanır.
Aktyor heyəti Mark Ruffalo — Maykl Rezendes Maykl Kiton — Uolter "Robbie" Robinson Reyçel Makadams — Saşa Pfayfer () — Marti Baron () () () — Mitçell Qarabedyan () — Cim Sallivan () — Erik MakLiş () Riçard Cenkins — Riçard Sipe Nil Xaff — Fil Saviano
Mükafatlar və nominasiyalar Mükafat Mərasim tarixi Kateqoriya Namizəd(lər) Nəticə Venesiya Film Festivalı 2015 Brian Award Qələbə Silver Mouse Qələbə Nyu-York film tənqidçiləri cəmiyyəti mükafatı(New York Film Critics Circle) 2015 Ən yaxşı aktyor Maykl Kiton Qələbə () 2015 Ən yaxşı film Qələbə Ən yaxşı rejissor işi Qələbə Ən yaxşı orijinal ssenari , Qələbə Ən yaxşı aktyor heyəti Qələbə İkinci planın ən yaxşı kişi aktyoru Mark Ruffalo Nominasiya İkinci planın ən yaxşı kişi aktyoru Maykl Kiton Nominasiya İkinci planın ən yaxşı qadın aktyoru Reyçel Makadams Nominasiya Ən yaxşı orijinal musiqi Hovard Şor Nominasiya "Oskar mükafatı" 28 fevral 2016 Ən yaxşı film , , , Qələbə Ən yaxşı rejissor işi Nominasiya Ən yaxşı orijinal ssenari , Qələbə Ən yaxşı ikinci plan kişi rolu Mark Ruffalo Nominasiya Ən yaxşı ikinci plan qadın rolu Reyçel Makadams Nominasiya Ən yaxşı montaj Tom MakErdal Nominasiya "BAFTA"() 14 fevral 2016 Ən yaxşı film , , , Nominasiya Ən yaxşı ikinci plan kişi rolu Mark Ruffalo Nominasiya Ən yaxşı orijinal ssenari , Qələbə Qızıl qlobus mükafatı() 10 yanvar 2016 Ən yaxşı film — drama , , , Nominasiya Ən yaşı rejissor işi Nominasiya Ən yaxşı ssenari , Nominasiya ABŞ kinoaktyorlar birliyi mükafatı() 30 yanvar 2016 Bədii filmdə ən yaxşı aktyor heyəti Qələbə Ən yaxşı ikinci plan qadın rolu Reyçel Makadams Nominasiya Amerika rejissorlar birliyi mükafatı() 2016 Bədii filmdə ən yaxşı rejissorluq Nominasiya ABŞ yazıçılar birliyi mükafatı() 2016 Ən yaxşı orijinal ssenari , Qələbə "Devid di Donatello" 2016 Ən yaxşı xarici film Nominasiya "Müstəqil ruh"() 2016 Ən yaxşı film , , , Qələbə Ən yaxşı rejissorluq Qələbə Ən yaxşı ssenari , Qələbə Ən yaxşı montaj Tom MakErdal Qələbə Robert Oltmen mükafatı Qələbə London film tənqidçiləri dərnəyi mükafatı() 2016 İlin ən yaxşı filmi Nominasiya Ən yaxşı ikinci plan aktyoru Maykl Kiton Nominasiya Ən yaxşı ssenari , Qələbə
"Diqqət mərkəzində" filmi 1952-ci il () filminin antirekordunu təkrarladı.
İstinadlar
Xarici keçidlər "Church allowed abuse by priest for year" — 2002-ci ildə "The Boston Globe"un dərc etdiyi məqalə.
Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin bioqrafik filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Xristianlıq haqqında filmlər Kateqoriya:Katolik keşişlər haqqında filmlər Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:Boston haqqında filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin tarixi dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2001-ci il haqqında filmlər Kateqoriya:2002-ci il haqqında filmlər Kateqoriya:Participant Media filmləri Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:2015-ci ilin dram filmləri Kateqoriya:Open Road Films filmləri