Şahmar Şəmistan oğlu Hüseynov (2 mart 1974, Qazax rayonu) — SOCAR prezidentinin müşaviri (2024-cü ildən). "Azneft" İstehsalat Birliyinin sabiq baş direktoru.

Həyatı Şahmar Hüseynov 2 mart 1974-cü ildə Qazax rayonunun Eynallı kəndində anadan olmuşdur.1991–1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki — ADNSU) "Neft-qaz yataqlarının işlənməsi və istismarı" fakültəsində təhsil alıb.

1991–1996-cı illərdə "Leninneft" Neft-Qaz Çıxarma İdarəsində mexaniki yığma işləri üzrə çilingər, 1991–2010-cu illər arasında isə "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin müxtəlif vəzifələrində işləmişdir. 2010–2012-ci illərdə "Siyəzənneft" Neft-Qaz Çıxarma İdarəsində baş mühəndis, 2012–2013-cü illərdə H. Z. Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi, 2013–2019-cu illər arasında isə Abşeronneft NQÇİ-nin rəisi vəzifəsində çalışan Şahmar Hüseynov 27 dekabr 2019-cu ildən etibarən "Azneft" İstehsalat Birliyinin baş direktoru təyin edilmişdir. 2024-cü ilin mart ayında vəzifəsindən azad edilib.

Həm də bir çox elmi əsərlərin də müəllifidir.FED.az – SOCAR prezidentinin müşaviri 2018-ci ildə "Neft, qaz quyularında süzgəc zonanın əlverişli vəziyyətdə saxlanmasını həyata keçirən texnika və texnologiyanın elmi əsaslarla işlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru adını almışdır. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar olaraq ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə 18 sentyabr 2008-ci il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 19 sentyabr 2017-ci ildə isə prezidentin eynitarixli sərəncamı ilə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Şahmar Hüseynov ailəlidir, iki övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycanlı mühəndislər