Eynəkli təmizçi () — Təmizçilər fəsiləsinə aid dəniz quşuGill F., Donsker D. & Rasmussen P. (Eds.): Noddies, gulls, terns, skimmers, skuas, auks. IOC World Bird List (v11.2) (15 July 2021). doi:10.14344/IOC. ML.11.2.

Təsvir Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur.

Yayılması Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır.

Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edirАртюхин Ю. Б., Бурканов В. Н. Морские птицы и млекопитающие Дальнего Востока России: полевой определитель. — Москва: "АСТ", 1999. — С. 140–192. — 224 с..

Davranış Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.

İstinadlar

Xarici keçidlər

Harrison, Peter (1991). Seabirds An Identification Guide Птицы России Kateqoriya:1811-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təmizçilər Kateqoriya:Onurğalılar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış taksonlar