Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; ; , Xarkov) — Sovet İttifaqı Qəhrəmanı (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü.
Həyatı Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur.
Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir.
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür.
Mükafatları Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (ölümündən sonra) — 16 mart 1942 "Lenin" ordeni
Xatirəsi Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi. Küçədə məlumat lövhəsi də quraşdırılıb. Krestsı qəsəbəsində Timur Frunze küçəsi. Lipetsk şəhərində Timur Frunze küçəsi. Moskvada Timur Frunze küçəsi (keşçiş Tyoplı dalanı). Tver şəhərində Timur Frunze küçəsi. Staraya Russa şəhərində Timur Frunze küçəsi. Küçədə büstü də qoyulub. Moskva vilayətinin Jukovski şəhərində Timur Frunze küçəsi. Qırğızıstanın Bişkek şəhərində Timur Frunze küçəsi. Adı 161-ci qırıcı aviasiya polkunun 1-ci eskadrilyasının siyahısına əbədi olaraq qeyd edilmişdir. Artekdəki Qəhrəmanlar xiyabanında büstü qoyulmuşdur. Adı həm də Artekdəki "Lazurnı" düşərgəsinin ərazisində qoyulmuş "Onlar arteklilər idi" abidəsinə qeyd edilmişdir. Volqoqrad şəhərindəki 2 saylı "Sozvezdie" internat məktəbinin həyətində heykəli qoyulmuşdur.
İstinadlar
Ədəbiyyat Герой Советского Союза Тимур Михайлович Фрунзе. — : Воениздат, 1955. — 13 с. Александров В. Е. Тимур — сын Фрунзе: повесть. — М.: Воениздат, 1979. — 333 с. Вязинин И.Н. «… Дети Отчизны одной». — : Лениздат, 1989. — С. 83-90. — ISBN 5-289-00323-1
Mənbə
Xarici keçidlər
КВВАУЛ. Выпуск 1941 г. Летчик-качинец Фрунзе Тимур Михайлович. №917 Soviet Fighter Aces of 1936—1953 years
Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar