Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (, ) ― dinlərarası dialoq platforması. BDSƏM-n yaradılma təşəbbüsü "İslam həmrəyliyi ili" çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.
Tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilmişdir. Sərəncama əsaslanaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fəaliyyət planında il ərzində İslam həmrəyliyi, İslam ilə digər dinlər arasında dialoq, əməkdaşlıq və həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində yekunlaşdırıcı tədbir — "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda "Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi"nin yaradılması təşəbbüsü irəli sürülmüş və yekdilliklə qəbul edilmişdir. Nəticədə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi əsaslarda fəaliyyət göstərən dinlərarası əməkdaşlıq mərkəzi — BDSƏM () təsis olunmuşdur. Aşağıda sadalanan müddəalar yeni yaradılan mərkəzin məqsədləri kimi müəyyən edilmişdir::
Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalar və dinlər arası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsi; Dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş beynəlxalq təşəbbüslərin, o cümlədən 2008-ci ildən başlamış Bakı prosesinin və əlaqədar beynəlxalq tədbirlərin davam etdirilməsi; Din və məzhəb ayrı-seçkiliyi, ksenofobiya, terrorçuluq, aqressiv separatizm, ekstremizm, eləcə də milli, dini və etnik zəmində digər dözümsüzlük hallarına qarşı birgə mövqeyin bildirilməsi; Humanitar fəlakət həddində qaçqınların, məcburi köçkünlərin və miqrantların problemlərinə dair, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılmasına qarşı birgə mövqeyin bildirilməsi; Özündə humanist bəşəri dəyərləri əks etdirən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfələrinin təbliğ olunması; Milli, mədəni, dini irsin qorunmasında, ümumi bəşəri dəyərlərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində dinlər və sivilizasiyalararası dialoqun, həmrəylik ideyalarının və mənəvi maarifçiliyin vacibliyinin tərənnüm edilməsi; Davamlı inkişafa, əmin-amanlığa, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə son qoymaq naminə müvafiq bəyanatların verilməsi, beynəlxalq birliyə, dünya ictimaiyyətinə, dini liderlərə müraciətlərin və çağırışların edilməsi.
BDSƏM-in idarəetmə orqanları Mərkəzin idarəetmə orqanları:
Himayədarlar Şurası; Məşvərət Şurası; Katiblik
Himayədarlar Şurası Himayədarlar Şurası BDSƏM-ni idarə etmək üçün dünyanın müxtəlif ölkələrində yerləşən müxtəlif dini mərkəzlərin və qurumların rəhbər şəxslərindən təşkil edilmişdir. Şura, bir qayda olaraq, təşkilatın əsas idarəedici orqanıdır.
Məşvərət Şurası BDSƏM-nin Məşvərət Şurasının tərkibinə beynəlxalq miqyasda dinlərarası və sivilizasiyalararası dialoq prosesində fəal iştirak edən dini liderlər, nüfuzlu ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri daxildir. Məşvərət Şurası Himayədarlar Şurasının fəaliyyətinə təşkilat və məlumat dəstəyi verir və BDSƏM-nin əsas məşvərət orqanıdır.
Katiblik Katiblik BDSƏM-nin Himayədarlar Şurasının qərarlarını həyata keçirən əsas icraedici orqanıdır. Katibliyə Baş Katib rəhbərlik edir. BDSƏM-in Baş Katibi Azərbaycan və Bütün Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadədir.
Tərəfdaşlar + Tərəfdaş təşkilatlar və qurumlar # Foto Adı # Foto Adı1 50x50px|center Qafqaz Müsəlmanları İdarəsi 23 |50x50px|center Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə komitə2 50x50px|center Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Azərbaycan) 24 50x50px|center Berlin Mədəni Diplomatiya Akademiyası3 BMT Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi 25 50x50px|center Dinlərarası birgə yaşayış araşdırma mərkəzi4 50x50px|center BMT nin Yaxın Şərq və Asiya regionunda humanitar məsələlər üzrə köməkçisi 26 50x50px|center İslam mədəniyyəti və Əlaqələri Təşkilatı5 50x50px|center Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq mərkəz 27 50x50px|center Ümumdünya Pan-islam Fiqh Təşkilatı6 50x50px|center BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi 28 50x50px|center RF Müsəlmanları Ruhani idarəsi7 50x50px|center Dinlər Sülh Uğrunda təşkilatı 29 50x50px|center Almaniya Müsəlmanları mərkəzi şurası8 50x50px|center KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq mərkəzi Dialoq mərkəzi 30 50x50px|center Dünya Yevangelik alyansı9 50x50px|center İslam Əməkdaşlığı Təşkilatı 31 50x50px|center Britaniya Müsəlmanlar Şurası10 50x50px|center İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzi 32 50x50px|center Qazaxıstan Müsəlmanları Ruhani idarəsi11 50x50px|center İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı 33 50x50px|center Qırğızıstan Müsəlmanları Ruhani idarəsi12 50x50px|center Türkiyə Respublikası Diyanət İşləri Başkanlığı 34 50x50px|center Birləşmiş Ərəb Əmirlikləri Dini İşlər Müşavirliyi\ İslam məsələləri və vəqflər üzrə Baş İdarə13 50x50px|center Dinlərarası Pontifik Şurası 35 50x50px|center Rusiya Müsəlmanları Ruhani Məclisi14 50x50px|center Avropa Türk İslam Mədəniyyət Dərnəkləri birliyi 36 50x50px|center RF Şimali Qafqaz müsəlmanları əlaqələndirmə mərkəzi15 50x50px|center Beynəlxalq Etnik Anlaşma Fondu 37 50x50px|center RF Tatarıstan Respublikası Müsəlmanları Ruhani idarəsi16 50x50px|center Gürcüstanın patriarxatı 38 50x50px|center Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb hissəsi Müsəlmanları Ruhani idarəsi17 50x50px|center Moskva Patriarxatı 39 50x50px|center Beynəlxalq İslam Missiyası18 50x50px|center "Yaşamaq sənəti" beynəlxalq təşkilatı 40 İslam Aləmi Liqası19 50x50px|center Simon Vissental mərkəzi 41 50x50px|center Livan Xristian-Müsəlman Dialoqu Milli Komitəsi20 50x50px|center Oksford İslam Araşdırmaları Mərkəzi 42 50x50px|center "Eagle`s Wings" Dünya Yevangelist təşkilatı21 50x50px|center Al Əl-Beyt İslam Fikri Kral Akademiyası 43 50x50px|center Tacikistan Üləmalar Şurası22 50x50px|center Özbəkistan Müsəlmanları idarəsi 44 50x50px|center Tacikistan Dini, Milli Adət-ənənə, Mərasimlər və Dini ayinlərin tənzimlənməsi üzrə Dövlət Komitəsi
Ədəbiyyat
Mənbə Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi
İstinadlar
Kateqoriya:Azərbaycanda din Kateqoriya:Azərbaycanın yumşaq gücü və mədəni diplomatiyası Kateqoriya:Bakıda yerləşən beynəlxalq qurumlar