Paraqvay (rəsmi adı: Paraqvay Respublikası) — Cənubi Amerikada dənizə çıxışı olmayan dövlət. Cənubda və cənub-qərbdə Argentina, şimal-qərbdə Boliviya, şərqdə və şimal-şərqdə Braziliya ilə həmsərhəddir. Paytaxtı Asunson şəhəridir. Paraqvayın ərazisi 406.756 kvadrat kilometrdir.

Etimologiyası Müasir Paraqvay ərazisi 16-cı əsrin birinci yarısında ispanlar tərəfindən tutuldu və Perunun vitse-krallığına daxil edildi, lakin artıq 17-ci əsrdə isə ərazi Paraqvay çayına görə belə adlandırılan "Paraqvay" general-qubernatorluğuna verildi. Paraqvay, yerli hindlilərin bəzi dialektlərində “buynuzlu çay” mənasını verən hind sözü "Paraguay" sözündəndir. 1811-ci ildə “Paraqvay Respublikası” (İspan. República del Paraguay) elan edildi; o vaxtdan bəri ölkənin adı dəyişməyib.

Tarixi La-Plata hövzəsinin geniş ərazilərinin tədqiqi Xuan-Dias de Solisin rəhbərlik etdiyi ekspedi tərəfindən 1516-cı ildə Atlantik okeanında Parana və Uruqvay çaylarının mənsəblərinin əmələ gətirdikləri körfəzdən başlamışdır. Məhz ispan konkistadorlarının dayaq məntəqələri də elə okean sahillərində yaradılmışdı. Sonradan onlar materikin daxili hissələrinə, quarani hindularını yaşadığı Parana və Paraqvay çaylarının arasındakı vadiyə doğru irəlilədilər. Buradakı hindu tayfası yarımoturaq həyat tərzi keçirir, əkinçilik, ovçuluq və balıqçılıqla məşğul olurdular. Lakin okeandan uzaqlıq, təbii varidatın azlığı bu rayonu təsərrüfat nöqteyi-nəzərincə mənimsəməyə imkan vermədi. 1617-ci ildə böyük ərazini əhatə edən Rio-de-La-Plata iki hissəyə bölündü. Şimalda Quayara əyalətinin mərkəzi Asunsyon olmaqla Paraqvay adlandırıldı.

Coğrafiyası thumb|420px|Paraqvayın xəritəsi

Ölkənin ərazisi qitə olatformasının qərb hissəsində yerləşir. Paraqvay çayı bu ərazini şərq və qərb hissələrə bölür. Cənub-şərqində hündürlüyü 300–400 m-ə çatan Parana Platosu və hündürlüyü 700 m-ə çatan qədim platforma qalxması, Parana çayının qərbində geniş Çako ovalığı yerləşir. Bu ovalığın səthi çayların And dağlarından gətirdiyi çöküntü materialları ilə örtülmüşdür.

Cənub tropikinin hər iki tərəfıni əhatə edən Paraqvayın əlverişli iqlimi vardır. Şərqi Paraqvayın iqlimi əsasən subtropikdir, lakin Çakoda hava isti və quru tropik xarakterlidir. Çakoda yayda (oktyabr mart ayınadək) orta aylıq temperatur 29 °C-yə, maksimum isə 47°-C-yə çatır. Təsadüfi deyildir ki, materikin təxminən ortasında yerləşən bu vilayət ən isti və qurudur. Şərqi Paraqvayda yayın orta temperaturu 27 °C-dir və ən isti aylar dekabr, yanvar, fevraldır ki, materikin daxili, hissələrində isti və rütubətli küləklər əsir. Qış dövründə Şərqi Paraqvayda havanın temperaturu 15–24 °C arasında tərəddüd edir. Hərdənbir sərt şaxtalar plantasiyalara ciddi zərər yetirir. Bu adətən Cənubda pampadan soyuq hava kütlələlri Pataqoniya istiqamətindən Parana-Paraqvay ovalığı boyu əraziyə daxil olarkən baş verir. Şərqi Paraqvayda qasırğalar az-az hallarda, qısamüddətli olur və ərazinin bir hissəsini əhatə edir. Yağıntıların düşməsində mövsümilik nəzərə çarpır. Şərqdən qərbə doğru onun miqdarı azalır.

Paraqvay çayı vadisində quraqlıq dörd ay (iyun-sentyabr) ərzində davam edir, yalnız ölkənin şərq hissəsində il boyu bərabər miqdarda yağıntılar müşahidə edilir. Çakonun Boliviya ilə sərhəddindən başqa ölkə ərazisi çaylarla əhatələnir. Onun ən iri çayları Parana və iri qolu Paraqvaydır. Parana uzunluğuna və hövzəsinin sahəsinə görə Amazondan sonra Latın Amerikasında ikinci yeri tutur. Parana aşağı axarlara doğru getdikcə genəlir, sürəti azalır və gəmiçilik üçün yararlı olur. Paraqvay da Parana kimi öz mənbəyini Braziliyadan götürür. Ümumi uzunluğu 2,5 min km olan çay ölkə ərazisindən 900 km məsafədən keçir. Ölkə ərazisini şimaldan cənuba doğru kəsib keçən çay özünün yuxarı axarında Braziliya, aşağı axarında isə Argentina ilə dövlət sərhəddini yaradır. Paranadan fərqli olaraq, o, sakit axarlıdır və yatağı boyu düzənlikdən keçir. Paranaya qovuşan yerdə dərinliyi 22 m-dir. Paraqvay ölkənin əsas nəqliyyat damarıdır. Yatağının mütəmadi olaraq dərinləşməsi nəticəsində gəmilər Konsension limanına, dəniz gəmiləri isə Asunsiyonadək gələ bilir.

Paraqvayın mineral resursları hələ o qədər də yaxşı öyrənilməmiş, faydalı qazıntı işləri fəal surətdə həyata keçirilməmişdir. Dəmir filizi, manqan, mis, həmçinin kükürd, qranit, bazalt, çöl şpatı, əhəng və digər tikinti materiallarının müəyyən qədər ehtiyatı vardır. Çakoda neft ehtiyatları aşkar edilmişdir. Ölkənin əsas təbii ehtiyatı onun meşə resurslarıdır ki, ərazinin 56 faizini örtür. Parana Platosu daha sıx meşəliyə malikdir, qərbə doğru irəlilədikcə onun seyrəlməsi müşahidə edilir. Rütubətli şərqdə qırmızı-ferralit torpaqlarda həmişəyaşıl meşə və kolluqlar, mərkəzdə bataqlıqlaşmış meşələr, hündürboylu otları olan savannalar və bataqlıqlar növbələşir. Qərb hissədə tropik meşələr, qonur-qırmızı torpaqlar qiymətli kebraço, alqarrobo, çanyar və digər qiymətli ağaclarla zəngindir.

Parana Platosundan qərbə doğru palma meşəliyi yayılmışdır. Palma ağacının bir növü olan karnauba (mum, şam palması) geniş şöhrət qazanmışdır. Bu ağacın hündürlüyü 10–12 m, yarpağının diametri 2 m-ə çatır. Mum qatı cavan yarpaqları rütubət itirməkdən qoruyur. Cır portağal meşələri Paraqvayın sol qolları boyu, həmçinin də Asunsiyon-Enkaraasyon dəmiryol xətti boyu uzanır. Onların yarpağından alınan efir yağı ixrac olunur. Portağalın mədəni növlərinin meyvəsi dadına görə yüksək qiymətləndirilir. Çakonun quraqlığa davamlı meşələrində kebraço ağacı xüsusilə fərqlənir. Onun oduncağında 30 %-dək tanin vardır ki, ondan gön-dəri sənayesində işlədilən aşılayıcı istehsal edilir. Kebraço meşə massivlərinin yaradılması və ondan istifadə təsərrüfat əhəmiyyəti kəsb edir. Bu ağacın oduncağı bərk, ağır və gec bərpa olunandır, uzunömürlüdür. Buna görə də kebraço meşələrinin səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyat Paraqvay bütöv Amerikada iqtisadi cəhətdən ən geridə qalmış İspan müstəmləkəsi olmuşdur. Yalnız müstəqillik əldə etdikdən yarım əsr sonra iqtisadi inkişaf üçün ilkin addımlar atılmağa başlanmışdır. İlk əvvələr dövlət ölkəni xammal və ərzaq məhsulları idxal etmək və xaricdən asılı vəziyyətdən çıxarmaq üçün tədbirlər görməyə başladı. Heyvandarlığı inkişaf etdirmək, pambıq, buğda, və qarğıdalı istehsalını artırma təşəbbüsündə olanları mükafatlandırırdı. Bu həmçinin də milli sənaye şamil edildi.

Paraqvayın təbii imkanları yüksək məhsuldar əkinçiliyin və maldarlığın inkişaf etdirilməsinə, milli sənayesinin yaradılmasına gözəl şərait yaradır. Lakin təəssüf ki, hələ də ərazinin çox hissəi lazımi şəkildə mənimsənilməmiş, bir çox təbii, o cümlədən hidroresurslar kifayət qədər tədqiq edilməmiş, mövcud meşə massivləri birtərəfli və zəif istifadəyə cəlb edilmişdir. Emaledici sənaye demək olar ki, rüşeym halında və bəsit formasındadır.

Ölkə iqtisadiyyatı zəif inkişaf edir, adambaşına milli qəlir Venesuela, Argentina, Braziliya, Meksika və Çiliyə nisbətən 5–6 dəfə aşağı səviyyədədir. Onun iqtisadiyyatının əsasını kənd və meşə təsərrüfatı təşkil edir. Əmək qabiliyyətli əhalinin də 3∕4-ü bu sahələrə cəlb olunmuşdur. Muzdlu fəhlələr kənd təsərrüfatından savayı meşə təsərrüfatlarında da çoxdur. Onlar yarba-mate yarpaqlarının yığılıb, emal olunmasında, ağac tədarükündə, kebraço şirəsi hazırlanmasında iştirak edirlər. Xarici ölkələrin kapital qoyuluşunda Argentina daha üstün yer tutur. Argentina kapitalı əsasən kebraço şirəsi, paraqvay çayı, sement, ağac emalı və heyvandarlıq məhsulları istehsalına yönəldilmişdir.

Ölkə iqtisadiyyatında xarici kapitalın xüsusi çəkisi getdikcə artmaqdadır. Burada ABŞ, İngiltərə, Braziliya və Argentina müstəsna rol oynayırlar. XX əsrin 60–70-ci illərində durğunluq keçirn ölkə iqtisadiyyatı regionda digər ölkələrdən geri qalmış, ÜDM-un və milli gəlirin artım sürəti aşağı olmuşdur. Paraqvay həmçinin Latın Amerikasının digər ölkələrində tək ÜDM-un həcmi ilə deyil, həm də orta illik artım səviyyəsinə görə də geridə qalır. ÜDM-un srtukturu göstərir ki, ölkədə iqtisadiyyat hələ də durğunluq həddni aşmır və dəyişməz qalmaqdadır. Son illər xidmət sahələri sürətlə inkişaf edərək istehsal bölməsinə sərf ediləsi maliyyə imkanlarını özünə cəlb edə bilmişdir. Son 10 ildə Paraqvayın ümumi daxili məhsul istehsalında tikintinin xüsusi çəkisi çox sürətlə artır. Bu ilk növbədə amerika krediti əsasında SES-nin, strateji əhəmiyyətli avtomobil yolunun çəkilişi ilə izah edilir.

Ümumiyyətlə, son 50 ildə ölkənin iqtisadiyyatının inkişafına və yenidən qurulmasına xarici kapitalın cəlb edilməsi sürətlənmişdir. Argentina kapitalı əsasən kebraço şirəsi, paraqvay çayı, sement, ağac emalı və heyvandarlıq məhsulları istehsalına yönəldilmişdir. Parana çayı üzərində Argentina ilə birgə tikilən bu SES-nın istehsal gücü 3,7 mln.kVt-dır. Parana çayı üzərində ən nəhəng SES-nın tikintisi artıq başa çatmışdır. Bu SES-ın tikintisi 16 ilə, tiknti xərci isə 18 mld. dollara başa gəlmişdir. 70-ci illərdən etibarən Paraqvayın nəinki öz ehtiyaclarını ödəyir, hətta Braziliya və Argentinaya da elektrik enerjisi ixrac edir.

Kənd təsərrüfatı Paraqvayın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkənin ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının xüsusi çəkisi 27,2%-dir, ölkəyə daxil olan valyutanın 95%-ni verir. Ölkə iqtisadiyyatının aqrar xarakterli olmasına baxmayaraq, əhalinin cəmi 89%-ni ərzaq məhsulları ilə təmin edir, qalan hissəsi isə xaricdən, xüsusilə Braziliya və Argentinadan idxal edilir. İdxal məhsullarının da 70–80 %-i buğdanın payına düşür.

Latifundizm və yarımnatural kiçik hissələrə bölünmüş xırda təsərrüfatlar kənddə əsas torpaq mülkiyyətidir. 2,5 min latifunçunun əlində ölkənin torpaq sahəsinin 3/4-ü cəmləşmişdir. 25 iri torpaq sahibkarı ailəsinə ümumi torpaq fondunun təxminən yarısı mənsubdur. Ölkənin qərb əraziləri üçün heyvandarlıq latifundiyaları ixtisaslaşmış sahələrə çevrilmişdir və iri estansiya (heyvandarlıq təsərrüfatı) 30–40 min baş mal-qaraya sahibdir. Şərqdə iri heyvandarlıq təsərrüfatları ilə yanaşı kiçik kəndli təsərrüfatları da vardır. Lakin kəndli təsərrüfatlarının 2/3 hissəsi iri olmayan əraziləri ya icarə, ya da hüququ əsası olmayan zəbt formasında (okupantes) becərmə məcburiyyətində qalmışlar. Onun istehsal gücü 12,6 mln.kVt miqdarında hesablanmışdır. Ölkədə fəaliyyət göstərən 185 minə yaxın təsərrüfatlarda 850 min nəfər, yəni ölkənin iqtisadi fəal əhalisinin 60%-ə qədəri çalışır.

Kənd təsərrüfatı məhsulunun istehsal səviyyəsi olduqca aşağıdır. Təsərrüfatların texnika və kübrə ilə təchizatı çox zəifdir. Kənd təsərrüfatı məhsulu istehsalının çeşidində və həcmində müəyyən dövrlərdə olan irəliləyişlər, adətən ya həmin məhsula tələbatın dünya bazarında artmasından, ya da əlverişli iqlim şəraitindən asılı olur. Son illər ixrac olunan məhsulların istehsal həcmində müəyyən artım hiss edilməkdədir. Vaxtı ilə Paraqvay çayı ən çox ixrac olunan və bölgəyə külli miqdarda valyuta gətirən məhsul idisə, indi o, az gəlir gətirən sahəyə çevrilmişdir.

Ölkənin əsas əkinçilik rayonu Parana, Paraqvay çayları və şimal-şərqdən keçən Asunsiyon-Enkarnason dəmiryol xətti arasında yerləşən üçbucaq şəkilli ərazidir. Burada kiçik və orta təsərrüfatlar üstünlük təşkil edir. Əkinçilikdə ərzaq bitkisi kimi bütün təsərrüfatlarda qarğıdalı və maniok əkilir.

Son illər ərzində çəltik əkini və istehsalı da xeyli artırılmışdır. Onun əkin sahəsi hazırda 13–15 min ha, istehsalı isə 43–50 min tona çatır. Paraqvaylıların qida rasionunda şirin kartof-batatın xüsusi yeri vardır, illik istehsal həcmi 110–150 min ton təşkil edir. Şəkər qamışının əkin sahəsi artmasa da, istehsal həcmi sürətlə artmaqdadır. Şəkər qamışının əkin plantasiyalarının əsas rayonları Kiindi şəhərindən şimalda Asunsiyondan sonra Paraqvay çayının sağ sahillərində, Vilya-Ayes şəhərinin ətrafındadır.

1950-ci illərdən etibarən ölkədə qəhvənin istehsalına maraq artmağa başladı. 1953-cü ildə Şimali amerika firması "Amerikan kofı korporeyşn" və braziliyalı "Lunardeli" maliyyə qrupu Aedro-Xuan Kabalyero şəhəri yaxınlığında, Braziliya ilə sərhəddə 25 milyon hektar torpaq almışdır. Bu