Azra "Akilah" Kohen (nikahdan əvvəl soyadı Sarızeybek; ) türk yazıçısıdır. İlk kitabı Fi Akilah təxəllüsü ilə nəşr edildikdən sonra ikinci və üçüncü kitabları – Çi və Pi Akilah Azra Kohen adı ilə nəşr olundu. Fi, Çi, Pi trilogiyasından sonra 2017-ci ildə fantastik realizm janrında Aeden və 2019-cu ildə tarixi məzmunu ilə yenidən bestseller olmağı bacaran Gör Məni romanlarını nəşr etdi.

Erkən həyat və karyera Azra Kohen "Azra Sarızeybek" adı ilə 1979-cu ildə İzmirdə anadan olub."Akilah Azra Kohen kimdir?". Sözcü. 21 dekabr 2016. 31 mart 2017 tarixində mənbəsindən arxivləndi. İstanbul Universiteti Ünsiyyət fakültəsinin Radio, Televiziya və Kino ixtisasını bitirdikdən sonra Kanadanın Ottava Universitetində iqtisadiyyat təhsili alaraq təhsil həyatını davam etdirib. Azra Kohen Liverpul Universitetində tətbiqi psixologiya üzrə magistr dərəcəsini bitirib. O, müsahibəsində təhsilə baxışını "Biz bu dünyaya öyrənmək üçün gəlmişik" sözləri ilə ifadə edib. İngilis və İtalyan dillərini bilir.Arman, Ayşe (16 avqust 2015). "Dünyayı değiştirmek için yazdım". Hürriyet. 27 sentyabr 2016 tarixində mənbəsindən arxivləndi.

Onun yazdığı "Fi", "Çi" və "Pi" hekayə silsiləsi trilogiyası qısa müddətdə diqqət çəkdikdən sonra "Fi" adı ilə internet serialına uyğunlaşdırılıb.Şener, Nuri Mertcan (8 yanvar 2017). "Akilah Azra Kohen: "Akilah ismi aslında…". HaberTürk. 15 mart 2017 tarixində mənbəsindən arxivlənib. 2017-ci ilin dekabr ayında yazıçı Azra Kohen Radio Traffic Marmara-da iştirak etdiyi Müəllifin Dilindən adlı radio proqramında Gör Məni və Dinlə Məni adlı iki yeni kitab yazmağa başladığını açıqladı.Azra Kohen (22 dekabr 2017). "Yazarın Dilinden" (Podcast). Radyo Trafik Marmara. Həmin ayda həmçinin o, Fi serialının istehsalı zamanı yaşadıqlarından bəhs edən kitab yazacağını da açıqladı.Doğan, Mustafa (28 dekabr 2017). "Kohen'in itirazı var". HaberTürk. 31 yanvar 2018 tarixində mənbəsindən arxivləndi.

Şəxsi həyat Onun 2001-ci ildə Sadok Kohen ilə evliliyindən"Akilah Azra Kohen'in çok satan Fi Çi Pi kitap üçlemesinden uyarlanan aynı isimdeki diziye sürpriz bir isim daha katılıyor". Posta. 7 mart 2017. 23 mart 2017 tarixində mənbəsindən arxivləndi. 2009-cu ildə dünyaya gələn bir oğlu var. O, ekoloji kənd təsərrüfatına, kainatın riyaziyyatına və bir yaradıcının olduğuna inanır. Onun məlum siyasi mövqeyi yoxdur. Kohen müsahibəsində vegetarian olmadığını, amma olmağa çalışdığını açıqlayıb.

Mükafatlar Elele Avon İlin Yazıçısı Mükafatı (2018)"Azra Kohen Elele Avon Yılın Yazarı ödülünü aldı" . NTV.

Əsərlər Fi Çi Pi Aeden Gör Məni

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1979-cu ildə doğulanlar Kateqoriya:Türk yazıçılar Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:Türkiyə romançıları