Proto insan dili və ya birinci insan dili — Linqvistikada Yer üzündəki bütün dillərin əcdadı olan hipotetik proto-dildir. Dilin mənşəyinin unikal olması, bütün təbii dillərin (ehtimal ki, Orta Paleolitdə) bir mənbədən (monogenetik) formalaşdığı fərziyyəsinə əsaslanır. Bu konsepsiya hələ də mübahisəlidir və tarixi linqvistika tərəfindən təsdiqlənməmişdir.
Bu gün mövcud olan dillərin əcdadı olduğu iddia edilən bu dilin hipotetik Neandertal dilindən əvvəl olduğu iddia edilmir.
Terminologiya
Bu konsepsiya üçün ümumi qəbul edilmiş termin yoxdur. Bu mövzunu öyrənən tədqiqatların əksəriyyəti haqqında danışdıqları dil üçün bir ad təklif etmirlər. Bəzən Proto-World (Proto dünya) və ya Proto-human (Proto insan) terminlərindən istifadə olunur. Merritt Ruhlen Proto-Sapiens terminindən istifadə etmişdir.
Tarix
Dilin monogenetik mənşəyinə dair ilk ciddi və elmi tədqiqat Alfredo Trombettinin 1905-ci ildə nəşr olunan L'unità d'origine del linguaggio kitabı olmuşdur. Trombetti mümkün ümumi əcdadın yüz min ilə iki yüz min il əvvəl arasında danışıldığını təxmin edirdi.
Monogenezm insan növünün və dillərinin çox mənşəli (poligenezi) olması ideyasının populyar olduğu XIX əsrin sonu və XX əsrin əvvəllərində, bir çox linqvistiklər tərəfindən rədd edilmişdir. Monogenizmin ən tanınmış müdafiəçilərindən biri XX əsrin ortalarında işləmiş amerikalı linqvistik Morris Swadeshdir. O, dillər arasında mövcud olan dərin əlaqələri öyrənmək üçün iki üsul təklif etmişdir: leksik statistika () və qlottoxronologiya.Johanna Nichols, 1998. The origin and dispersal of languages: Linguistic evidence. In Nina Jablonski and Leslie C. Aiello, eds., The Origin and Diversification of Language, pp. 127-70. (Memoirs of the California Academy of Sciences, 24.) San Francisco: California Academy of Sciences.
Onların ardınca gələn monogenezmin tanınmış tərəfdarlarından Merritt Ruhlen, Con Benqtson və Harold Fleminqi göstərmək olar.
Lüğət
cərgə Proto insan dili Azərbaycanca 1 **aja ana 2 **bu(n)ka diz; əymək 3 **bur kül, toz 4 **čun(g)a burun; iyi vermək 5 **kama tutmaq 6 **kano qol 7 **kati sümük 8 **kolo deşik 9 **kuan it, köpək 10 **ku(n) kim 11 **kuna qadın 12 **mako uşaq 13 **maliqa döş, əmmək 14 **mana əyləşmək 15 **mano insan, adam 16 **mena fikirləşmək 17 **mi(n) nə 18 **pal iki 19 **par uçmaq 20 **poko qol 21 **puti vulva 22 **teku qıç, ayaq 23 **tik barmaq; bir 24 **tika torpaq 25 **tsaku qıç, ayaq 26 **tsuma saç 27 **ʔaqwa su
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Bengtson, John D. 2007. "On fossil dinosaurs and fossil words" . Campbell, Lyle, and William J. Poser. 2008. Language Classification: History and Method. Cambridge: Cambridge University Press.
Gell-Mann, Murray and Merritt Ruhlen. 2003. "The origin and evolution of syntax". (Also: HTML version.) Givón, Talmy. 1979. On Understanding Grammar. New York: Academic Press. Greenberg, Joseph. 1963. "Some universals of grammar with particular reference to the order of meaningful elements". In Universals of Language, edited by Joseph Greenberg, Cambridge: MIT Press, pp. 58–90. (In second edition of Universals of Language, 1966: pp. 73–113.) Greenberg, Joseph H. 1966. The Languages of Africa, revised edition. Bloomington: Indiana University Press. (Published simultaneously at The Hague by Mouton & Co.) Greenberg, Joseph H. 1971. "The Indo-Pacific hypothesis". Reprinted in Joseph H. Greenberg, Genetic Linguistics: Essays on Theory and Method, edited by William Croft, Oxford: Oxford University Press, 2005. Greenberg, Joseph H. 2000–2002. Indo-European and Its Closest Relatives: The Eurasiatic Language Family. Volume 1: Grammar. Volume 2: Lexicon. Stanford: Stanford University Press. Klein, Richard G. and Blake Edgar. 2002. The Dawn of Human Culture. New York: John Wiley and Sons.
Nandi, Owi Ivar. 2012. Human Language Evolution, as Coframed by Behavioral and Psychological Universalisms, Bloomington: iUniverse Publishers. Wells, Spencer. 2007. Deep Ancestry: Inside the Genographic Project. Washington, D.C.: National Geographic.
Xarici keçidlər
"Genetic Distance and Language Affinities Between Autochthonous Human Populations" Babaev, Kirill. 2008. "Critics of the Nostratic theory", in Nostratica: Resources on Distant Language Relationship. Kateqoriya:Dillər