Tanaqa adası (, ) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur.
Coğrafiya Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır. Tanaqa sonuncu dəfə 1914-cü ildə püskürüb; daha əvvəl püskürmələr 1763-1770, 1791 və 1829-cu illərdə qeyd edildi.
Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.
Tarixi 1756-cı ildə sənayeçi Başmakovun ekspedisiyası o vaxtlar aleutların məskəni olan adaya eniş edir. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
1943-cü ildə Adak adasına qayıdan təyyarələr üçün təcili eniş zamanı adada uçuş zolağı qurulur. İkinci Dünya müharibəsinin sonunda uçuş zolağı tərk edilir. İstinadlar
Mənbə Tanaqa adasının fotoşəkilləri
Kateqoriya:Alyaska adaları Kateqoriya:Andreyanov adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları