thumb|Kokeşi Akita prefekturasına aid olan meybutsudur. – Yaponiyada hər hansı yerə xas olan, həmin yerdə istehsal olunan əşya və ya suvenir. Məsələn, kokeşilər Akita prefekturasına, mozaikalı taxta qutular Hakone şəhərinə, dekorativ fənərlər isə Gifu prefekturasına aid meybutsu hesab olunur.

Çini qablar və keramika məmulatları regional üslub baxımından çox müxtəlif olduğu üçün onların çoxu meybutsu hesab olunur. Məsələn, Arita dulusçuluq məmulatları Şimali Kyuşu regionuna, Satsuma dulusçuluq məmulatları isə Cənubi Kyuşu regionuna xas meybutsudur. Meybutsular sadəcə suvenir yox, yemək formasında da ola bilər. Soba Naqano prefekturasının, yaşıl çay Şizuoka prefekturasının meybutsusu hesab olunur. Müxtəlif senbey və mancu növləri də meybutsudur.

Şəhərlərin müxtəlif bölgələrinin də meybutsusu ola bilər. Kioto şəhərinin Nişicin rayonu ipək parçaları, Tokio şəhərinin Yomoqi bölgəsi isə danbosu ilə məşhurdur.

Hər meybutsu özünəməxsus xüsusiyyətə malik olduğu üçün və regionunun mədəniyyətini əks etdirdiyi üçün insanlar hansısa regiona səyahət edəndə həmin regionunun meybutsusunu ailə üzvlərinə, dostlarına, iş yoldaşlarına hədiyyə kimi gətirirlər. Meybutsular ənənəvi xüsusiyyətlər daşısa da, marketinq strategiyaları müasirdir. Yaponiyanın hər bir regionu meybutsusunu reklam etmək və onları onlayn şəkildə satmaq üçün sayt açıb.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yapon dilində sözlər və ifadələr Kateqoriya:Yaponiya populyar mədəniyyəti Kateqoriya:Yaponiyada turizm