Səid-Həsən Əbumüslimov () — Çeçen tarixçisi, yazıçısı, publisisti, ictimai xadimi, tanınmamış Çeçen İçkeriya Respublikasının liderlərindən biri, çeçen müqavimətinin şəxslərindən biri. Bioqrafiyası 1953-cü ildə Qazaxıstan SSR-də anadan olmuşdur. Milliyyətcə çeçendir. Təhsil 1974-1975-ci illərdə Moskva Dövlət Universitetinin tarix fakültəsinin hazırlıq şöbəsində təhsil almışdır. 1974-1981-ci illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olur.

1982-1985-ci illərdə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin (xalq təsərrüfatı tarixi və iqtisadi doktrinalar kafedrası) aspiranturasında təhsil almışdır. İqtisad elmləri namizədi dərəcəsi alır. Çeçen, rus və alman dillərini sərbəst bilir.

Tədris fəaliyyətləri 1990-1994-cü illərdə Çeçenistan Dövlət Universitetində tarixdən mühazirələr oxuyur.

Çeçenistanda ictimai-siyasi fəaliyyəti 1980-ci illərin əvvəllərindən Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında samizdat paylanmasında, o cümlədən Əbdürrəhman Avtorxanovun və A. Soljenitsinin "Qulaq arxipelaqı" əsərlərinin paylanmasında iştirak etmişdir.

1990-cı ilin mayında onun da qurucusu olduğu “Bart” (“Razılıq”, 1989) cəmiyyətinin əsasında “Vaynax Demokratik Partiyası” qurulur. Parlamentin deputatı seçilir. 12 mart 1992-ci ildə müstəqil Çeçenistan Respublikasının Konstitusiyasını qəbul edən Çeçenistan Respublikası Parlamentinin iclasında iştirak etmişdir. Yandarbiyevin prezidentliyi dövründə (1996-1997) vitse-prezident vəzifəsində çalışır. 1996-cı ilin avqustunda Xasavyurt müqaviləsini imzalayır. Masxadovun prezidentliyi dövründə o, Rusiya-Çeçenistan münasibətlərinin siyasi-hüquqi tənzimlənməsinə dair Rusiya-Çeçen danışıqlarında iştirak edir. Mühacirət İkinci Çeçenistan müharibəsi başlayandan sonra Çeçenistan Prezidenti Aslan Masxadovun tapşırığı ilə İstanbulda keçiriləcək ATƏT-in Sammitində iştirak etmək üçün şəxsi nümayəndəsi kimi gedir. Səid-Həsən Əbumüslimov Avropa ölkələrində sonrakı siyasi işlərlə məşğul olur.

O vaxtdan Türkiyədə, Azərbaycanda, sonra AlmaniyadaГермания не предоставит политического убежища министру правительства Масхадова | Главные события в политике и обществе Германии | DW | 26.03.2007 yaşamışdır. 1999-cu ilin noyabrından 2005-ci ilin martına qədər o, Rusiya böyük dövlət şovinizminin çeçen və digər Qafqaz xalqlarına qarşı cinayətlərinin araşdırılması üzrə ÇİR komissarı olurРесурс заблокирован — Resource is blocked.

Qafqaz Əmirliyinin qurulması əleyhdarı, müstəqil demokratik çeçen dövlətinin bərpasını müdafiə etməkdə davam edirhttp://chechenews.com/world-news/breaking/18516-1.html С.-Х. Абумуслимов: Свобода и демократия являлись стержнем чеченской жизни.

Konfederasiya şəklində Şimali Qafqazın müstəqilliyinin tərəfdarıdırКавказская хроника. — 1997. — № 28. — 4 декабря.. İstinadlar

Kateqoriya:Çeçenlər Kateqoriya:Ali təhsil müəssisələri müəllimləri Kateqoriya:Çeçen müharibələrinin iştirakçıları