Nana Gigiyevna Corcadze (; ) — Gürcü aktrisası, kinorejissoru, ssenaristi, rəssamı, müəllimi, Kann Film Festivalının mükafatçısı, Oskar mükafatına namizəd.
Həyatı 250px|thumb|right|Nana Corcadze 2021-ci ildə Sürixdə Nana Corcadze 1948-ci ildə Tbilisidə anadan olub. Öz sözləri ilə desək, o, təyyarədə doğulub, damda böyüyüb. O, yaxşı gürcü ailəsindən idi, gəncliyində hippi hərəkatını sevirdi, tez-tez evdən qaçır və qatarlarda avtostop və "dovşan" ilə Sovet İttifaqını gəzirdi.
Nana Corcadze 1966-cı ildə musiqi texnikumunu, 1972-ci ildə Tbilisi Rəssamlıq Akademiyasının memarlıq fakültəsini şəhərsalma ixtisası üzrə bitirmişdir. Nana Corcadze 1968–1974-cü illərdə memar kimi çalışmışdır.
1974-cü ildə o, Tbilisi Dövlət Teatr İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olur. Fakültədə Nana təzə qurulan Tengiz Abuladze və İrakli Kvirikadzenin sənət emalatxanasının ilk tələbələrindən olur. O elə burda tanış olduu İrakli Kvirikadze ilə ailə qurur.
N.Corcadze 1977-ci ildən kinoda çəkilməyə başlayır. Corcadze bəzi filmlərində rəssam və geyim rəssamı kimi də iştirak edir. O, aktrisa kimi bir sıra filmlərdə rol alıb. Bu filmlərdən olan "Robinsonada, ya da mənim ingilis babam" (1987) filminə görə o, 40-cı Kann Film Festivalında "Qızıl kamera" mükafatına layiq görülüb.
1991–1995-ci illərdə əri İrakli Kvirikadze ilə birlikdə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda rejissor emalatxanasına rəhbərlik etmişdir. Nana Corcadze 1994-cü ildən Avropa Kino Akademiyasının üzvüdür.
Nana Corcadze 1995-ci ildən Almaniya və Rusiyada yaşayır. O, Rusiya, Fransa və Almaniyada aktiv yaradıcılıqla məşğul olur.
Pyer Rişarla birlikdə baş rolda oynadığı "Sevgidə olan kulinariya üçün min bir resept" (1996) komediyası "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar mükafatına namizəd olmuşdur.
Corcadze 2002-ci ildə XII "İnsanlara Mesaj" Beynəlxalq Kino Festivalının münsiflər heyətinin sədri olub.
2017-ci ildə Nana Corcadze Amerika Kino Sənəti Akademiyasına qoşulmaq üçün dəvət alıb..
Nana Corcadze kino karyerası ərzində ümumilikdə aktrisa kimi beş filmə çəkilmiş, on üç filmin rejissoru olmuş, dörd bədii filmə ssenari yazmışdır.
Ailəsi Keçmiş əri (1974-cü ildən 2010-cu ilə qədər) — rejissor İrakli Kvirikadze (1939-cu il təvəllüdlü). Tbilisi Dövlət Teatr İnstitutunun kinorejissorluq fakültəsində Corcadzenin müəllimi olub. Öz etirafına görə — "Müəllimlə ailə həyatı qurdum. Oktyabrın 2-də dərslər başladı, 27-də isə artıq evlənmişdik. Qasırğalı romantikamız 25 gün davam etdi və artıq 35 ildir davam edir ".
Oğulları — Mixail və Buba.
Mükafatları Gürcüstan Lenin Komsomolu mükafatı (1982). Kann kinofestivalında ən yaxşı debüt nominasiyasında "Qızıl Kamera" mükafatı (1987).
İstinadlar
Əbəbiyyat Mikaberidze, Alexander (ed., 2007). Jorjadze, Nana. Dictionary of Georgian National Dictionary. Retrieved on December 9, 2007.
Xarici keçidlər
Nana Djordjadze . Geocinema.Org.Ge, Retrieved on December 9, 2007. Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Gürcüstan aktrisaları Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ aktrisaları