Qappo Bayev, əsl adı Georgi Bayev (; ) — Osetin dövlət və ictimai xadimi, hüquqşünas, publisist, folklorşünas və ədəbiyyatşünas, müəllim. Vladiqafqaz şəhərinin icra başçısı (1902-1907), Vladiqafqaz şəhər dumasının üzvü. Bioqrafiyası 1870-ci ildə Olginskoye kəndində kəndli ailəsində anadan olmuşdur. 1889-cu ildə Vladiqafqaz gimnaziyasını, 1894-cü ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirir. Bundan sonra Vladiqafqaza gələrək Osetiya kitab nəşrinin təşkilində fəal iştirak edir. Eyni zamanda, toplanan materialları Kosta Xetaqurovun başçılıq etdiyi "Şimali Qafqaz" qəzetində dərc edərək Osetiya folklorunu toplamağa başlayır.
1899-cu ildə Qappo Bayev Kosta Xetaqurovun "İron Fandır" əsərini nəşr etdirir. Alim Vsevolod Miller tərəfindən tamamlanmamış "Osetiya-Rusca-Almanca lüğəti"-nin hazırlanması işində fəal iştirak etmişdir.
1900-cü ildən bəri Qappo Bayev Osetiya nağıllarına və atalar sözlərinə həsr olunmuş osetin dilində bir neçə kiçik kitabını nəşr etdirmişdir. 1900-cü ildə o dövrdə tanınmayan gənc osetin yazıçıları Aleksandr Kubalov, Georgi Saqolov, Aslamirzə Qaytmazovun ilk əsərlərini çap etdirdiyi "Galabu" () kitabını nəşr etdirir.
1902-1906-cı illərdə "Terek vilayətinin dağlıqları arasında təhsil və texniki məlumatların yayılması Cəmiyyəti"-nin sədri olur. Eyni zamanda Vladiqafqaz şəhər rəhbəri vəzifəsində çalışır.
1905-ci ildə Vladiqafqaz Şəhər Dumasının deputatı və Şəhər Şurasının üzvü seçilir.
1917-ci ildə Tiflisə köçür və burada anti-sovet qəzetləri olan “Volnıy Qores” və “Noq sard” ilə əməkdaşlıq edir.
1920-ci ildə sosialist inqilabını və Sovet hakimiyyətini qəbul etməyən Bayev Almaniyaya mühacirət edir. 1926-cı ildən ölənə qədər Berlin Universitetində dərs demişdir. Qappo BaYev 24 aprel 1939-cu ildə Berlində dünyasını dəyişir. Xatirəsi 12 aprel 1995 -ci ildə Qappo Bayevin külləri Berlindən gətirilərək Vladiqafqazdakı Osetiya kilsəsinin panteonunda basdırılır.
Vladiqavqazdakı küçələrdən biri Qappo Bayevin adını daşıyır.
Ədəbiyyat Кадыков А. Н. Улицы, переулки, площади и проспекты г. Владикавказа: справочник. — Владикавказ: Респект, 2010. — С. 80—81. ISBN 978-5-905066-01-6
Mənbə Гаппо Баев Достойный градоначальник Гаппо Баев GAPPO BAJEW UND DIE OSSETISCHE LITERATUR İstinadlar
Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Berlin Humboldt Universitetinin müəllimləri