Nina Qalavanova () — Cənubi Osetiyalı yazıçı, şair, tərcüməçi və müəllim. Tarixdə ilk osetiyalı sovet qadın yazıçısıПервая советская осетинская женщина-писательница. Gürcüstan SSR əməkdar müəllimi. Bioqrafiyası 20 noyabr 1915-ci ildə Tiflis əyalətinin Bejanaantkari kəndində kəndli ailəsində anadan olmuşdur. Anasının ölümündən sonra yaxınları tərəfindən tərbiyə edilir. Doqquz yaşında Dzau ibtidai məktəbinin birinci sinfinə qəbul edilir. 1926-cı ildən Tsxinvali kəndli gənclər məktəbində oxuyur. 1929-cu ildə komsomola daxil olur. 1932-ci ildə Tsxinvali Pedaqoji Texnikumunu və 1936-cı ildə Cənubi Osetiya Pedaqoji İnstitutunu (indiki - Cənubi Osetiya Dövlət Universiteti) bitirir. Tsxinvali Pedaqoji Texnikumunda kitabxanaçı işləyir. Daha sonra xalq təhsili orqanlarında vəzifəyə təyin edilir. "Xurzurin" qəzetinin mədəniyyət şöbəsinin müdiri işləyir. 1934-cü ildə SSRİ Yazıçılar Birliyinə qəbul edilir.
Əsas fəaliyyəti pedaqoqika olur. 1936-cı ildən 5 nömrəli orta məktəbdə və 1941-ci ildən etibarən Tsxinvalidəki 2 nömrəli orta məktəbdə osetin dili və ədəbiyyatı dərsləri deyir. 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edilir. 1945-1960-cı illərdə Pedaqoji Texnikumda dərs demişdir. 1960-cı ildən 1994-cü ildə ölənə qədər Cənubi Osetiya Pedaqoji İnstitutunun Pedaqoqika və İbtidai Təhsil Metodları Fakültəsində dərs demişdir. 1957-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Ali kurslarını bitirmişdir. 1969-cu ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun ibtidai təhsil kafedrasının dosenti elmi adını alır. 1994-cü ildə Tsxinvalidə dünyasını dəyişir. Yaradıcılığı İyirmidən çox ayrı kitab nəşr etdirmişdir. Məktəbli ikən "Bahar" adlı ilk hekayəsini yazır. İlk şeirlərini 1930-cu ildə (Bizim Nəsil) qəzetində çap etdirir. Əsərlərini "Fidiuæq" ədəbi jurnalının səhifələrində nəşr etdirmişdir. 1933-cü ildə ilk şeir toplusu (Dövr dalğaları) nəşr olunur. 1936-cı ildə (Almaniyaya məktub) nəsrini nəşr etdirir. 1941-ci ildə "Ananın səsi" nəşr olunur. 1963-cü ildə (Borc) nəsr kitabı və 1965 və 1971 -ci illərdə (İki zəng) və (İki səhv) romanlarını nəşr etdirir.
Lev Tolstoy, İvan Franko və dünya ədəbiyyatının digər klassiklərinin əsərlərini osetin dilinə tərcümə etmişdir. Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı. (1946).
Gürcüstan SSR Ali Sovetinin fəxri fərmanı (1961).
Cənubi Osetiya Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin fəxri fərmanı (1965).
Gürcüstan SSR əməkdar müəllimi (1965).
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (1970).
"Şərəf nişanı" ordeni (1976)
Mənbə Краткая литературная энциклопедия 100 лет со дня рождения первой осетинской писательницы Нины Галавановой Творческий вечер Нины Галавановой İstinadlar