Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi. Coğrafi yerləşməsi Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi.Селиванов А. Ф. Кабарда // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.Мухаммед Хучиналаний. История Балкарии: с древнейших времен и до конца XX века : в двух книгах. — Эль-Фа, 2004-01-01. — 424 с.
Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı.История народов Северного Кавказа, конец XVIII в.-1917 г. — Наука, 1988-01-01. — 672 с.
Tarixi 1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı. Vilayətin yaradılmasında məqsəd Şimali Qafqazın dağlı xalqlarını inzibati cəhətdən idarəedilməsini asanlaşdırmaq idi. Terek vilayətinin idarə edilməsi haqqında əsasnamə 1862-ci ildə təsdiq edildi. Beləliklə 1860-cı il inzibati idarəetmə islahatı ilə Şimali Qafqazın bütün ərazisi Stavropol, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 mahaldan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkerin və Qumuqdan ibarət idi.
Nalçik istehkamı, Kabarda mahalının inzibati mərkəzi idi.
Kabarda mahalı 1870-ci ildə ləğv edildi. Belə ki, Kabarda mahalı, Malka və Terekdən bir qədər aralı kazak kəndləri ilə birlikdə Georgiyevski rayonuna birləşdirildi. Georgeyvsk şəhəri 1868-ci ildə Stavropol quberniyasından ayrılaraq Terek vilayətinin tərkibinə qatılmışdı. Kabardanın Georgiyevski rayonuna birləşdirilməsi ilə Pyatiqorskidən Qafqaz dağlarına qədər geniş bir ərazini əhatə edən yeni inzibati vahid yaradıldı.
Əhalisi Kabarda mahalının əhalisini əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi.
İnzibati bölgü Kabarda mahalı 1862-ci ildə 4 inzibati vahidə bölündü: Baksan — Nalçik şəhərinin mərkəzidir. 1868-ci ildə əhalisi 21 705 nəfər idi.Статистические сведения о кавказских горцах, состоящих в военно-народном управлении. ССКГ. вып. 1, Тифлис, 1868, ОТД.VIII:Горская летопись. С.6-8 Kiçik Kabarda — mərkəzi Murtazovadır. 1868-ci ildə əhalisi 10 335 nəfər idi. Çerekski — Çerekskinin poçt mərkəzi. 1868-ci ildə əhalisi 12 029 nəfər idi. Qorski — Nalçik şəhərinin mərkəzidir. 1868-ci ildə əhalisi 10155 nəfər idi.
İstinadlar
Ədəbiyyat Терская область. Список населенных мест по сведениям 1874 года. Тифлис. 1878 Первая всеобщая перепись населения Российской Империи 1897 года т. 68 Терская область. 1905 год. Kateqoriya:Əlifba sırasına görə inzibati vahidlər Kateqoriya:Rusiya imperiyasının dairələri Kateqoriya:Terek vilayəti