Moradabad və ya Muradabad — Hindistanda, Uttar-Pradeş ştatında şəhər. Ramqanqa çayının sağ sahilindədir. Dəmiryol qovşağı rolunu daşıyır. Kustar üsulla pambıq parça, ağac və bürüncdən bədii məmulat istehsal olunur. 1625-ci ildə salınmışdır.
2011-ci ildə əldə edilmiş məlumatlara görə, şəhərin əhalisi 889,810 nəfərdir.
İstinadlar
Kateqoriya:Hindistan şəhərləri