Mehmet Korhan Fırat (d. ) — Türkiyə aktyoru. "Şəfqət Təpə" serialında 4 mövsüm canlandırdığı Şahin Bulut obrazı ilə tanınır.
Həyatı və karyerası 26 avqust 1988-ci ildə Ərzincanda doğulan Mehmet Korhan Fırat təhsilini Selçuk Universiteti Dövlət Konservatoriyasında tamamladı. İlk aktyorluq təcrübəsini 2010-cu ildə "Şəfqət Təpə" serialında Şahin Bulut obrazı ilə qazandı. Daha sonra "Ekip 1" serialında rol aldı və serialda Ali Babür obrazını canlandırdı. 2017–2019-cu illərdə yayımlanan "Bizim Hikaye" serialında Tufan obrazını canlandırdı. 2019-cu ilin dekabr ayında TV8-də yayımlanmağa başlayan "Doğduğun Ev Kaderindir" serialının ilk mövsümündə Cəlal obrazını canlandırdı. "Paytaxt: Əbdülhəmid" serialında Tatavlalı obrazı ilə rol almış və ssenariyə əsasən 133-cü bölümdə ölərək serialdan ayrılmışdır. "Mavera" serialında Şahsuvar personajına həyat vermiş, daha sonra "Aşk Mantık İntikam" serialında Əkrəm Ərtən obrazını canlandırmışdır.
Filmoqrafiya Layihələr İl Layihə Rol Kanal 2010–2014 Şəfqət Təpə Şahin Bulut Samanyolu TV 2014–2015 Ekip 1 — Nizama Adanmış Ruhlar Ali Babür 2017–2019 Bizim Hikaye Tufan Şahin FOX 2019–2020 Doğduğun Ev Kaderindir Cəlal Yetər TV8 2020 Paytaxt: Əbdülhəmid Tatavlalı TRT 1 2021 Mavera Şahsuvar 2021–2022 Aşk Mantık İntikam Əkrəm ƏrtənFOX Hüdudsuz sevgi Leytenant Oğuz Soyqan
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları