Fillip Remler (; ) — ABŞ alimi.

Həyatı Fillip Remler ABŞ Dövlət Departamentində xarici xidmət əməkdaşı olaraq çalışmışdır. O, eyni zamanda ABŞ-nin Moskvadakı səfirinin baş müşaviri vəzifəsində işləmişdir. Bundan sonra Remler 2007-ci ilin dekabrından 2012-ci ilin yanvarınadək ATƏT-in Moldovadakı missiyasının rəhbəri olmuşdur.Philip Remler

Remler 1983-cü ildə ABŞ Dövlət Departamentinə işə düzəlmişdir. O, karyerasının əvvəlində Türkiyə, SSRİ və Azərbaycanda xidmət etmişdir. Remler həmçinin, Milli Təhlükəsizlik Şurasında İraq üzrə, o cümlədən Amerikanın Gürcüstandakı səfirliyindəki vəzifələrdə olmuşdur. Regional Münaqişələr üzrə Xüsusi Danışıqçının Dövlət Departamenti Başçısının müavini vəzifəsində çalışarkən Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq etmişdir. O, hal-hazırda Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimidir.

İstinadlar

Xarici keçidlər Philip Remler OSCE Mission to Moldova Head of OSCE Mission to Moldova Philip N. Remler arriving in Ukraine for two-day working visit today

Kateqoriya:ABŞ diplomatları