Girov () 2008-ci ildə çəkilmiş bir filmdir. Rejissoru Pierre Morel və ssenari müəllifi Luc Besson olan filmdə Liam Neeson, Famke Janssen və Maggie Grace rol almışdır ki. Filmin süjeti Parisdə Alban fahişəlik qrupu tərəfindən qaçırılan bir amerikalı qızla onu xilas etməyə çalışan və keçmiş casus olan atasından bəhs edir.Təqaüddə olan agent Parisə səyahət edərkən qaçırılan qızını 96 saat ərzində tapmalıdır, yoxsa onu bir daha görməyəcək. Filmin çox hissəsi Parisdə çəkilmişdir.
Süjet xətti Bryan, həyat yoldaşından ayrılan təqaüdçü bir Amerika agentidir. Qızı Kimə çox bağlı olan Bryan, bir gün qızının dostlarından biri ilə U2 qrupunun Avropadakı konsert turunda birlikdə iştirak etməsi üçün hazırladığı muzey gəzintisi yalanına zorla razılaşır. Bura gələn Kim və rəfiqəsi əvvəlcə Parisdəki əmisi oğlunun evində qalırlar. Ancaq qızlar Parisə gəldikdən sonra tanış olduqları bir gənc onların ünvanlarını öyrənir və qızları qaçırır. Qaçıran dəstə Alban mənşəlidir və gənc qızları 96 saat ərzində ölkələrinə aparır və bazara çıxarırlar. Kim dostu içəridə oğurlanarkən atası Bryanla danışaraq ona hər şey barədə xəbər verir.
Hadisədən sonra Bryan keçmiş arvadının yeni ərinin köməkliyi ilə Los-Ancelesdən Parisə gəlir. Burada hər cür dəlildən istifadə edərək dəstənin arxasınca düşür. Müxtəlif döyüş səhnələrindən sonra Parisi bir-birinə qatan Bryan nəhayət dəstəyə böyük bir zərbə vuraraq, qızını tapıb Kaliforniyaya qayıdır.
İstinadlar Kateqoriya:İnsan alveri haqqında filmlər Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:2008-ci ilin Fransa filmləri Kateqoriya:2008-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:Fransanın triller filmləri Kateqoriya:Ata-qız münasibətlərindən bəhs edən filmlər Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Böyük Britaniyanın döyüş-triller filmləri