Kürd Ali Komitəsi (; DBK) — Suriyanın şimalında tanınmayan idarəetmə orqanı. 12 iyul 2012-ci ildə Demokratik Birlik Partiyası (PYD) və Kürd Milli Şurası (ENKS) tərəfindən İraq Kürdüstanında iki partiya arasında əməkdaşlıq müqaviləsinin imzalanmasından sonra qurulmuşdur. Üzvlər heyəti bərabər sayda PYD və ENKS üzvlərindən ibarət idi.

DBK 2012-ci ilin ortalarında Suriyada vətəndaş müharibəsi zamanı geri çəkilən Suriya Silahlı Qüvvələrinin buraxdığı güc boşluğunu doldurmağa çalışmışdır. Əhalinin kürd etnik mənsubiyyətinə əsaslanaraq özünüidarəni bəyan etmişdir. Komitənin silahlı qanadı Xalq Qoruma Dəstələri (YPG) və Qadın Müdafiə Dəstələrindən (YPJ) ibarət idi.

PYD Suriyanın şimalında kürdlərin yaşadığı bölgələrdə təsirini və nəzarətini artırmış, Kürd Milli Şurası isə daha çox marginallaşmışdır. ENKS 2013-cü ilin noyabr ayında DBK-dan ayrılmışdır. Bunun ardınca, PYD-nin başçılıq etdiyi bir koalisiya olan Demokratik Cəmiyyət uğrunda Hərəkat (TEV-DEM) yeni bir idarəetmə elan etmişdir. Bu idarəetmə daha demərkəzləşmiş və polietnik bir quruluşa doğru irəliləyərək demokratik bir konfederalizm modeli izləmişdir.

İstinadlar

Kateqoriya:Suriya siyasi partiyaları Kateqoriya:Kürd milliyyətçiliyi Kateqoriya:Şimali və Şərqi Suriya Muxtar İdarəsi Kateqoriya:Demokratik Birlik Partiyası (Suriya)