Qazax-Tovuz iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz inzibati rayonları daxildir.
Tarix 1991-ci ildən 2021-ci ilə qədər yuxarıda adı çəkilən inzibati rayonların ərazisi Gəncə-Qazax iqtisadi rayonunun (indiki Gəncə-Daşkəsən iqtisadi rayonu) bir hissəsi idi.
Qazax-Tovuz iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur.
Coğrafiyası İqtisadi rayon şimaldan Gürcüstan, qərbdən Ermənistan və şərqdən Gəncə-Daşkəsən iqtisadi rayonu ilə həmsərhəddir. İqtisadi rayonun relyefi alçaq, orta və yüksək dağlıq əlazilərdən ibarətdir. İqtisadi rayonun ümumi sahəsi 7,033 min km², əhalisi 682,79 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 8,1%-ni, əhalisinin isə 6,7%-ni təşkil edir.
İstinadlar
Kateqoriya:Azərbaycan iqtisadi rayonları