Anatoli Semyonoviç Urvantsev (; ) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1956).

Həyatı Anatoli Urvantsev -cu ildə Samarada anadan olmuşdur. 1928-ci ildə bitirmiş, Moskvada Plastik Baletlər Teatr truppasında işləmişdir. Yaradıcılıq fəaliyyətinə 1928-ci ildə Samara Dram Teatrında başlamış, 1930–1939-cu illərdə Samara və Sverdlovsk teatrlarının, 1939–1962-ci illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının solisti olmuşdur.

Anatoli Urvantsev pedaqoji fəaliyyətə də məşğul olmuş, 1949-cu ildən ömrünün sonuna kimi Bakı Xareoqrafiya Məktəbində dərs demişdir. O, 27 mart 1971-ci ildə Bakıda vəfat etmişdir.

İfa etdiyi əsas partiyalar

"Qız qalası", Əfrasiyab Bədəlbəyli — Cahangir xan "Raymonda", Aleksandr Qlazunov — Əbdürrəhman "İldırımlı yollarla", Qara Qarayev — Kert "Yeddi gözəl", Qara Qarayev — Vəzir "Gülşən", Soltan Hacıbəyov — Əsəd kişi "Qırmızı lalə", Boris Zeydman — Li Şan Fu "Bağçasaray fəvvarəsi", Boris Asafyev — Kirey "Esmeralda", Sergey Puni — Klod "Doktor Aybolit", Viktor Morozov — Doktor Aybolit "Sonalar gölü", Pyotr Çaykovski — Şər dahisi "Perikola", Jak Offenbax — ''Terapot

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 6 noyabr 1956

İstinadlar

Kateqoriya:Azərbaycan balet artistləri